Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib

Türk ekspert: Xəzər hövzəsi beynəlxalq kapital üçün birinci dərəcəli investisiya sahəsinə çevrilib

Bakı, 4 iyun, AZƏRTAC

BOTAŞ, SOCAR, “TotalEnergies” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında ümumilikdə 33 milyard kubmetr təbii qazın Türkiyəyə tədarükünü nəzərdə tutan uzunmüddətli anlaşmanı yalnız kommersiya qaz müqaviləsi kimi qiymətləndirmək onun strateji mahiyyətini tam əks etdirməz. Bu saziş adi təchizat razılaşmasından daha geniş məna daşıyır. Əslində, söhbət Xəzər-Anadolu enerji dəhlizinin institusional əsaslarını gücləndirən və regional enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji addımdan gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Ahmet Ziya Gökalp səsləndirib.

Ekspertin sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində SOCAR resurs bazası və dövlət dəstəyini, “TotalEnergies” dərinsulu və mürəkkəb yataqların işlənməsi üzrə qabaqcıl texnoloji təcrübəsini, ADNOC isə Körfəz regionunun maliyyə imkanlarını layihəyə cəlb edir. “Başqa sözlə, burada resurs, texnologiya və kapitalın vahid platformada birləşdiyi strateji model formalaşır. Xəzər qazını Türkiyəyə çatdıran konsorsiumda Körfəz ölkəsinə məxsus milli neft şirkətinin təmsil olunması təsadüfi deyil. Bu, bir tərəfdən Xəzər hövzəsinin beynəlxalq kapital üçün prioritet investisiya məkanına çevrildiyini, digər tərəfdən isə enerji geosiyasətinin ənənəvi Rusiya-Qərb oxundan çıxaraq daha çoxşaxəli və çevik arxitekturaya keçdiyini göstərir”, - deyə Ahmet Ziya Gökalp vurğulayıb.

Ekspert ikinci mühüm məqam kimi bu razılaşmanın gələcəyə yönəldiyini diqqətə çatdıraraq deyib: “Bu sənəd mövcud qaz axınının istiqamətinin dəyişdirilməsini deyil, hələ yekun investisiya qərarı verilməmiş “Abşeron” yatağının II fazasının işlənməsini mümkün edən öhdəlik xarakteri daşıyır. Uzunmüddətli satınalma zəmanəti yuxarı axın investisiyaları üzrə riskləri azaldır və yatağın inkişafına zəmin yaradır. Başqa sözlə, Türkiyə burada yalnız istehlakçı deyil, həm də yeni təchizatın formalaşması üçün maliyyə dayaq elementlərindən biridir. Bu isə mövcud resursların bölüşdürülməsi ilə yeni hasilat gücünün yaradılması arasında prinsipial fərq deməkdir və enerji təhlükəsizliyi baxımından daha yüksək dəyər kəsb edir”.

Ahmet Ziya Gökalpın fikrincə, Türkiyənin “enerji mərkəzi ölkə” vizyonu kontekstində illik 2,25 milyard kubmetr həcm ölkənin ümumi qaz istehlakının yalnız kiçik bir hissəsini təşkil edir. “Türkiyənin illik istehlakı 50 milyard kubmetrdən artıqdır. Lakin bu razılaşmanın strateji əhəmiyyəti onun həcmi ilə deyil, yaratdığı struktur rol ilə ölçülür. Bu funksiyanı “hub ölkə” konsepsiyasının iki əsas səviyyəsi ilə izah etmək olar. Birincisi, sadəcə tranzit ölkə kimi çıxış edərək qazın ərazidən keçidini təmin etmək, ikincisi isə real enerji mərkəzinə çevrilmək - yəni qiymət formalaşdıran, qazı yenidən ixrac edən və aktiv ticarət platforması rolunu oynayan bir mərkəz olmaq. Çoxmənbəli və çoxaktorlu təchizat portfelinin formalaşdırılması Türkiyənin birinci mərhələdən ikinci mərhələyə, yəni tranzit ölkədən enerji mərkəzinə keçidinə doğru atılmış addım kimi qiymətləndirilə bilər. Həqiqi sınaq isə bu qazın gələcəkdə Avropa bazarına yenidən ixrac dinamikasına və qiymət formalaşma mexanizmlərinə necə inteqrasiya ediləcəyi ilə bağlı olacaq”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Türk dünyasının perspektivindən baxıldıqda isə mənzərə daha da aydın görünür. Azərbaycan-Türkiyə münasibətlərinin siyasi formulu olan “Bir millət, iki dövlət” prinsipi son illərdə konkret iqtisadi və enerji infrastrukturu ilə daha da möhkəmlənib. Enerji bu inteqrasiyanın həm dayanıqlı, həm də strateji əsasını təşkil edir. Çünki 15 illik öhdəlik iki ölkənin iqtisadi və geosiyasi taleyini ölçüləbilən şəkildə bir-birinə bağlayır.

“Liberal beynəlxalq nizamın institusional boşluqlar yaratdığı və təchizat zəncirlərinin getdikcə daha çox coğrafi məntiq əsasında yenidən qurulduğu bir mərhələdə sabit və proqnozlaşdırılabilən enerji mərkəzi kimi çıxış etmək öz-özlüyündə mühüm geosiyasi aktivə çevrilir. Azərbaycan və Türkiyə bu transformasiya prosesində qurucu aktorlar kimi mövqelərini möhkəmləndirirlər. Bu razılaşmanın dəyəri təkcə həcmi və kommersiya ölçüləri ilə deyil, yaratdığı presedent və formalaşdırdığı institusional çərçivə ilə müəyyən olunur. Saziş Xəzər-Anadolu enerji oxunun beynəlxalq miqyas almasını, Türk dünyasının inteqrasiyası üçün iqtisadi dayaq formalaşmasını və Türkiyənin bu sistemdə mərkəzi dövlət iddiasını eyni strateji xətt üzərində birləşdirir”, - deyə ekspert vurğulayıb.

Müxbir – Leyla Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir