ADAU “UI Greenmetric 2024” reytinqində ölkəmiz üzrə 8-ci yeri tutub
Bakı, 16 dekabr, AZƏRTAC
“Dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-yə çatıb. Cari ildə Azərbaycanın 8 ali təhsil müəssisəsi ilk dəfə reytinqə daxil olub. Bunlardan biri də Azərbaycan Dövlət Aqrar Universitetidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ADAU “GreenMetric World University Rankings 2024” reytinqində Azərbaycanda 8-ci, dünyada isə 1077-ci yeri tutub.
Universitet ümumi 4270 xal toplayaraq aşağıdakı sahələrdə üstün nəticələr göstərib:
1. Elm və təhsil - 1275
2. Yaşıl nəqliyyat - 1010
3. Enerji və İqlim dəyişikliyi - 725
Qeyd edək ki, reytinq 95 ölkədən 1477 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]