ADEA özünün fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini necə qiymətləndirir?
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Ehtiyatları Agentliyi (ADEA) özünün fövqəladə vəziyyətlərə (təbii fəlakətlər, texnogen qəzalar, sürətlə yayılan yoluxucu xəstəliklər və s.) hazırlıq səviyyəsini necə qiymətləndirir?
ADEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, fövqəladə ehtiyatların yaradılmasında əsas məqsəd mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə hadisələrin qarşısının alınması, onların təsirinin azaldılması, fəsadlarının aradan qaldırılması və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etməkdir. Bu cür hallar zamanı həyata keçiriləcək tədbirlər üçün zəruri malların siyahısı, həcmləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş “Fövqəladə ehtiyatların nomenklaturası” ilə tənzimlənir.
Agentlik tərəfindən bu nomenklaturaya uyğun olaraq ehtiyatların tədarükü və saxlanılması həyata keçirilir. Hər hansı bir fövqəladə hadisə baş verdiyi halda, bu ehtiyatlar operativ şəkildə hadisə yerinə çatdırılmaq üçün daim hazır vəziyyətdə saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]