ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə boş qalan plan yerlərinə qəbul elan edir.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 24-dən 30-dək aparılacaq. İxtisaslaşma seçimində iştirak etmək hüququ olan bakalavrlar müsabiqədə iştirak etmək üçün avqustun 30-u saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə daxil olaraq, seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Hər bir bakalavr 20-dək ixtisaslaşma kodunu seçə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [19:25]
Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib
- 24.08.2026 [19:10]
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
- 24.08.2026 [18:55]