“Aeroflot” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
Bakı, 20 yanvar, AZƏRTAC
“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, “Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]
Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib
- 08.06.2026 [10:23]
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO
- 08.06.2026 [10:20]