AFFA Hakimlər Komitəsinin sədri: Kəmiyyətə yox, keyfiyyətə önəm vermək lazımdır
Bakı, 27 fevral, AZƏRTAC
"Bakıda təcrübəli hakimlərin iştirakı ilə keçirilən belə tədbirlərlə UEFA qaydalarını Azərbaycanda aşılamağa çalışacağıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, Byörn Kuypersin seminarından sonra jurnalistlərə açıqlamasında deyib.
Belçikalı mütəxəssis bildirib ki, Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayının artırılması üçün işlər görməyə davam etmək lazımdır: "Kəmiyyətə yox, keyfiyyətə önəm vermək lazımdır. Hazırda futbol üzrə cəmi 3 beynəlxalq dərəcəli referimiz var. Digər hakimlərimiz daha çox təcrübə proqramı keçməlidirlər. 8 aydır Bakıdayam. O zamandan bəri hər zaman Azərbaycan hakimləri üçün təcrübəli mütəxəssislər tərəfindən keçirilən seminarların faydalı olacağını söyləyirdim. Sevindiricidir ki, seminarda hakimlərimiz Byörn Kuypersin təcrübələrindən yararlandılar".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]