AFFA RƏHBƏRLİYİ PERSPEKTİVLİ FUTBOLÇULARIN XARİCİ ÖLKƏLƏRİN APARICI KLUBLARINDA TƏCRÜBƏ KEÇMƏSİNƏ HƏRTƏRƏFLİ ŞƏRAİT YARADACAQDIR
AFFA rəhbərliyi beynəlxalq təşkilatlatlar və klublarla əlaqələrini genişləndirmək məqsədi ilə mütəmadi tədbirlər həyata keçirir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, qurumun təmsilçiləri Frankfurtda ezamiyyətdə olarkən “Ayntraxt” klubunun rəhbərliyi ilə görüşmüşdür. Görüşdə hər iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdu. Bunun davamı olaraq, AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov “Ayntraxt” klubunun prezidenti Peter Fişerlə görüşərək, əməkdaşlıqla bağlı geniş söhbətlər aparmış və cari ilin sonunadək hər iki təşkilat arasında müqavilə bağlanması barədə razılıq əldə olunmuşdur. İlkin razılığa əsasən 17 yaşlılardan ibarət yığma komandamızın iki üzvü - Emin Mehdiyev və Andrey Papoviç FİFA və UEFA-nın qaydalarına uyğun olaraq, bu komandanın heyətində təlim-məşq toplanışında iştirak edəcəkdir.
Futbolçular Almaniyada bir aylıq təlim-məşq toplanışı keçəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]