Afrikada 2 mindən çox ağ kərgədan vəhşi təbiətə buraxılacaq
Bakı, 13 sentyabr, AZƏRTAC
“African Parks” qeyri-kommersiya təşkilatı iki mindən çox cənub ağ kərgədanını təbiətə buraxmağı planlaşdırır ki, bu da onların dünyadakı populyasiyasının təxminən 10-15 faizini təşkil edir. Şirkət 12 Afrika ölkəsində milli parkları və qoruqları idarə edir. Bu, nəsli kəsilməkdə olan növlərin bərpası üzrə dünyada ən iri layihələrdən biri olacaq. Bu barədə AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir.
Mütəxəssislər bir neçə il ərzində ildə təxminən üç yüz kərgədan buraxmağı planlaşdırır. Heyvanlar brakonyerlərdən etibarlı şəkildə qorunacaq və lazımi qida tapa biləcəkləri qoruqlarda və milli parklarda azadlığa buraxılacaqlar.
Cənub ağ kərgədanı ötən əsrin əvvəllərində demək olar ki, nəsli kəsilmiş ağ kərgədanın alt növüdür. Heyvanlar yalnız bir Afrika qoruğunda qalırdılar, burada onların sayı iyirmidən az idi. Tədricən populyasiya bərpa olunmağa başladı və 1980-ci illərdə təxminən min ədəd təşkil etdi. Heyvanlara qorunma statusunun verilməsi və reintroduksiya üzrə proqramlar sayəsində alt növü tədricən bərpa olunmağa başladı. İndi dünyada onların sayı 20 mindən artıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]