Ağ ev: “Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir”
Vaşinqton, 28 aprel, AZƏRTAC
Prezident Donald Tramp Rusiya ilə Ukrayna arasında müvəqqəti deyil, daimi atəşkəs istəyir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ evin sözçüsü Kerolayn Livit deyib. O bildirib ki, Tramp hər iki ölkənin liderlərindən getdikcə daha çox məyus olur:
"Prezident açıq şəkildə bildirib ki, ilk növbədə ölümlərin qarşısını almaq, qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir. O, nikbin olsa da və razılığa gəlməyin mümkünlüyünə inansa da, eyni zamanda həm də realistdir və anlayır ki, hər iki lider çıxış yollarını müzakirə etmək üçün masa arxasına gəlməlidir. Prezidentin Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir, çünki o, sülhməramlı prezident olmaq istəyir".
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]