Ağcabədi pambıqçıları 37 min 904,53 ton məhsul toplayıblar
Ağcabədi, 8 yanvar, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə indiyədək tarlalardan 37 min 904,53 ton “ağ qızıl” toplanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Ağcabədi rayonunda 4200 hektarı “Azərpambıq” MMC, 5069,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1420 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 10 min 689,2 hektar sahədə pambıq becərilib. Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil ediblər. Hər hektarın məhsuldarlığı 35,46 sentnerdir. Əvvəlki illə müqayisədə pambıq istehsalı 5805,53 ton, hektarın orta məhsuldarlığı isə 4,76 sentner çoxdur.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]