AĞCABƏDİ RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunda gənclərin VI toplantısı keçirilmişdir.
Ərazi gənclər təşkilatlarının 200-ə qədər üzvünün iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətindən, dövlətin gəclərə göstərdiyi qayğıdan danışmış, toplantı iştirakçılarına uğurlar arzulamışdır.
Rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov Azərbaycan Gənclərinin IV Forumundan keçən müddət ərzində rayonda görülmüş işlər barədə məruzə etmişdir.
Toplantıda Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, AFFA-nın baş katibinin müavini Elxan Əsədov iştirak etmişlər.
Azərbaycan Gənclərinin V Forumuna nümayəndələr seçilmiş və Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]