Ağdam rayonunda çiyid səpini başa çatmaq üzrədir
Ağdam, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayon ərazisində 1608,03 hektar sahədə çiyid səpilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.
Ağdam pambıqçıları artıq 1607,43 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 1200 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]