Ağdamda Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Ağdam, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndində 27 Sentyabr - Anım Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının, doğma yurda qayıtmış sakinlərin iştirakı ilə keçirilən aksiya zamanı 100 ədəd sərv ağacı əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.