Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO
Gəncə, 2 oktyabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı A.Əhmədov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki çantadan və yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. A. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müxbir - Elcan Məmmədov