Ağdamda yol qəzasında 3 nəfər xəsarət alıb VİDEO
Ağdam, 3 iyul, AZƏRTAC
Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağdam rayonunun Uzundərə ərazisində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Müxbir – Tahir Ağaməmmədov