Ağdamın “Qarabağ” klubu Fransada “Nant” komandasının qonağı olub
Bakı, 28 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam klubu Fransada “Nant” komandasının qonağı olub.
"Bojuar" stadionunda oynanılan matç “Nant” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.
Hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. “Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın “Frayburq” klubu başçılıq edir. Yunanıstanın “Olimpiakos” klubu 2 xalla sonuncudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:12]
Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirib
- 04.06.2026 [11:34]
Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək
- 04.06.2026 [11:14]
“Şamaxı” braziliyalı futbolçu ilə vidalaşıb
- 04.06.2026 [11:09]
Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb
- 04.06.2026 [10:50]
Donald Tramp NBA finalının oyununu tribunadan izləyəcək
- 04.06.2026 [10:21]