Ağdamın tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilmişdir
Ağdam, 23 iyul (AZƏRTAC). Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə vardır.
Xaçın-Dərbəndli kəndində Qulu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid Türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarca digər abidələr, həmçinin 3 mindən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyi 19 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilmişdir. Rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən məhv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [19:57]
Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur
- 22.05.2026 [17:34]
Qarsda “Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” konserti keçirilib
- 22.05.2026 [17:10]
WUF13 çərçivəsində möhtəşəm konsert
- 22.05.2026 [15:27]
Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib
- 22.05.2026 [13:02]
® Bakıda “Force of Love” 2026 yay festivalı keçiriləcək
- 22.05.2026 [11:20]