Ağdaşda 5 yeni məktəb binası tikilir
Ağdaş, 28 aprel (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş rayonunda orta məktəblər üçün yeni binaların inşası, mövcud olan təhsil ocaqlarının əsaslı təmiri və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülür.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin sifarişi ilə hazırda rayonun Qaradağlı, Eymur, Cardam və Kotavan kənd məktəbləri üçün 180 və Qaraoğlan kənd məktəbi üçün 80 yerlik yeni binanın inşası davam etdirilir. Bu binaların hamısında hörgü işləri başa çatdırılmış, dam örtüyü, qapı-pəncərələr quraşdırılmışdır. Sinif otaqlarında, dəhlizdə təmir işləri başa çatmaq üzrədir. Təhsil ocaqlarının həyətində abadlıq işləri görülür. Məktəb binalarının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Yaxın günlərdə isə Qarağan Şıxlar, Aral-1, Tofiqi, Qulbəndə, Ərəb Şəkili kənd məktəbləri üçün yeni binaların tikintisinə başlanılacaqdır.
Artıq torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]