AĞDAŞIN DAHA 6 KƏNDİNƏ TƏBİİ QAZ VERİLƏCƏKDİR
Ağdaş, 31 avqust (AZƏRTAC). Ağdaş rayonunda əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədilə ardıcıl işlər görülür.
“Ağdaş Qaz İstismar” MMC-dən bildirmişlər ki, hazırda rayonun Xosrov, Korarx, Qəribli, Mürsəl, Şəkili və Şıxlı kəndlərində köhnə qaz xətlərinin yararsız hissələri dəyişdirilir, yeni şkaflar, siyirtmələr quraşdırılır. Yaxın vaxtlarda qaz sayğaclarının quraşdırılmasına başlanılacaqdır. Dekabr ayınadək həmin kəndlərin əhalisinə təbii qazın verilməsi planlaşdırılır. Bu kəndlərdə 500-ə yaxın ev təbii qazla təmin olunacaqdır.
Xatırladaq ki, bu ilin əvvəlində rayonun Hüşün, Dəhnəxəlil, İkinci Aral və Yeniarx kəndləri qazlaşdırılmışdır.
Hazırda Ağdaş şəhərində və rayonun 28 kəndində əhali təbii qazdan istifadə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [10:38]
Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO
- 20.09.2026 [09:30]
Azərbaycanda Neftçilər Günü qeyd edilir
- 19.09.2026 [21:16]
Sürücülərin nəzərinə
- 19.09.2026 [20:22]
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
- 19.09.2026 [10:11]
Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var
- 18.09.2026 [22:23]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]