Agentlik rəsmisi: 2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır
Bakı, 16 oktyabr, AZƏRTAC
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində qarşıya qoyulmuş öhdəliklərə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə və digər regionlarda yeni peşə təhsili müəssisələrinin yaradılması istiqamətində işlər aparılır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov söyləyib. O bildirib ki, 2026-cı ilə qədər Şuşa və Füzulidə dövlət peşə təhsili mərkəzlərinin tikilərək istifadəyə verilməsi və bu müəssisələrdə kadr hazırlığının təşkili nəzərdə tutulur: “Bununla yanaşı, ölkənin digər bölgələrində də mövcud peşə təhsili infrastrukturunun, o cümlədən tədris binalarının əsaslı və cari təmiri, yenidən qurulması istiqamətində işlər görülür.
2026-cı ilin sonuna qədər peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Strateji hədəfimiz 28 min əlavə şəxsin ilkin peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə cəlb edilməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]