Ağstafada yabanı halda bitən çətənə kolları məhv edilib
Bakı, 17 iyun, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Həzi Aslanov qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 3950 kiloqram olan, 14 min 240 çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.