Ağsu: hər gün zəmilərə 85-dən çox kombayn çıxarılır
Ağsu, 18 iyun, AZƏRTAC
Ağsu rayonunda taxıl biçini sürətlə davam etdirilir və artıq 15 min hektardan çox sahənin məhsulu yığılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxılçılar bu mühüm kampaniyanın uğurla başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər. Hər gün zəmilərə 85-dən çox kombayn çıxarılır. Rayonun bütün ərazilərində, xüsusilə daha çox taxıl əkilən Gəgəli, Bico, Kəndoba, Ərəbmehdibəy, Ərəbsarvan və bir sıra digər ərazi dairələrində biçin daha mütəşəkkil aparılır.
Qeyd edək ki, cari mövsümdə rayonda 35 min 728,3 hektarda taxıl yetişdirilib. Zəmilərin 18 min 497,7 hektarı buğda, qalanı isə arpadır. Hələlik zəmilərin hər hektarından əldə olunan orta məhsuldarlıq 32,8 sentnerdir ki, bu da taxılçıları qane edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]