Ağsuda mini futbol üzrə turnir keçirilib
Ağsu, 21 sentyabr, AZƏRTAC
Ağsuda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Könüllülər Kubokunun proqramına daxil olan mini futbol idman növü üzrə 16-29 yaşlı gənclər arasında rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir COVID-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərti ilə açıq hava şəraitində Ağsu şəhər 4 saylı tam orta məktəbin idman meydançasında baş tutub.
Sentyabrın 18-dən start götürən və iki gün davam edən yarışlarda 8 komandadan ümumilikdə 81 könüllü iştirak edib. Birinci yeri şəhər 2 saylı tam orta məktəbin həvəskarlardan ibarət komandası, II və III yerlərə isə müvafiq olaraq Ağsu rayon DYMH-nin və “Ağsu City” klubun könüllülərdən ibarət komandaları qazanıblar.
Qaliblərə gənclər və idman idarəsinin kubok və diplomları təqdim olunub.