Aİ-nin sammitində istixana qazı tullantılarının azaldılmasına dair razılaşma əldə olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) liderləri Brüsseldə keçirilən sammitdə 1990-cı illə müqayisədə atmosferə atılan istixana qazı tullantılarının onilliyin sonunadək ən azı 55 faiz azaldılması barədə razılığa gəliblər.
AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, bu qərar iqlim üzrə qarşıdakı istirahət günlərində BMT-də keçiriləcək görüşdən əvvəl yaranmış mürəkkəb vəziyyətin çözülməsinə zəmin yaradacaq.
Özünün “Twitter” səhifəsində bu barədə məlumat verən Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bununla 2050-ci ilədək iqlim neytrallığına nail olmaq üçün geniş yol açılıb.
Aİ-nin rəhbəri Şarl Mişel Avropanın iqlim dəyişikliyinə qarşı mübarizədə liderə çevrildiyini məmnunluqla qeyd edib.
Sammit ərəfəsində ətraf mühitin qorunması üzrə təşkilatların fəalları və ilk növbədə, “Greenpeace” təşkilatı atmosferə tullantıların maksimum azaldılmasına yönəlik etiraz aksiyalarını davam etdirir. Aksiya iştirakçıları bundan sonra da Aİ liderlərinə sözügedən məsələ ilə bağlı təzyiq göstərəcəklərini bildirib.
Danışıqlarda irəliləyiş beş il əvvəl Kioto Protokolunu əvəz edən Paris İqlim Razılaşmasının imzalandığı ərəfədə baş verib. Bu razılaşma, vaxtilə “qlobal istiləşmə templərinin azaldılması istiqamətində tarixi dönüş” adlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:13]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [19:12]