Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ-Rusiya: münasibətlərin dörd ssenarisi

Aİ-Rusiya: münasibətlərin dörd ssenarisi

Mütəxəssislər qlobal geosiyasi proseslərin sistemli təhlili əsasında Avropa İttifaqı ilə Rusiya arasında yaxın altı ildə hansı münasibətlərin formalaşa biləcəyini proqnozlaşdırmağa çalışırlar. Burada çox fərqli yanaşmalara rast gəlinir. Rusiyalı analitik Andrey Kortunov da apardığı araşdırmalar nəticəsində tərəflər arasında dörd mümkün münasibətlər ssenarisindən bəhs edir. Maraqlı məqamlara toxunan təhlil müasir elmi yanaşmaya söykənir. Təhlildə Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi baxımından bir sıra əhəmiyyətli tezislərə rast gəlinir. Bunları nəzərə alaraq, mövzu üzərində daha geniş dayanmağa ehtiyac gördük.

Qeyri-müəyyənlik: dolaşıq situasiya

Rusiya analitik dairələrində ölkənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin perspektivi haqqında geniş fikir mübadiləsi gedir. Şimal qonşumuzun bu marağı təsadüfi deyil. Məlumdur ki, Amerika Rusiya ilə müxtəlif regionlarda ciddi geosiyasi mübarizə aparır. Bu proses, faktiki olaraq, Vaşinqtonun təşkil etdiyi yeni silahlanma yarışı fonunda baş verir. Mütəxəssislər əmindirlər ki, ABŞ rəhbərliyi dünya liderliyi uğrunda rəqabətdən bir addım belə geri çəkilməyib, əksinə, əsas rəqiblərinə qarşı daha müasir üsullarla mübarizə aparmaqdadır. Bu üsulların nələrdən ibarət olduğu başqa analizin predmetidir. Burada bizim üçün Rusiyanın analitik və ekspert dairələrinin hansı səbəblərdən Aİ ilə münasibətlərin gələcəyinə daha çox diqqət ayırması önəm daşıyır.

Amerika faktoru ilə bağlı situasiya aydındır. Bundan əlavə, Avropanın özü və Çin məsələləri də vardır. Moskva, faktiki baxımdan, bu iki böyük güc (coğrafi və geosiyasi mənada) arasında qalıb. Pekin bir çox geosiyasi məsələlərdə Moskva ilə həmrəydir. Lakin təcrübə göstərir ki, bu həmrəyliyin sərhədi Çinin dövlət maraqlarının sərhədinə qədərdir. Pekin bundan bir addım belə geri çəkilmək fikrində deyil. Yəni Kreml gözəl başa düşür ki, Çinin əməkdaşlıq cizgisi qəti müəyyənləşib və bu mənada real strateji əməkdaşlıqdan söhbət gedə bilməz. Pekin lazımi məqamda əsl simasını göstərə bilər.

Bunların fonunda Avropa ilə Rusiyanın münasibətləri bir qədər fərqli məzmun kəsb edə bilər. Doğrudur, Aİ ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulub. Ancaq bu, Vaşinqtonun istəyinə tabe olmaq deyil. Bu, daha çox Ukrayna uğrunda mübarizə ilə bağlıdır. Həmin məqamı Berlin dəfələrlə diqqətə çatdırıb. Onu unutmaq olmaz ki, hər nə olsa da, Rusiyanın xarici ticarətinin 50 faizi Avropanın payına düşür! Yəni sanksiyalardan Rusiya ilə yanaşı, Aİ ölkələri də zərər görürlər. Buna görə də bir sıra hallarda Avropanın böyük dövlətləri Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara etiraz edirlər. Bu baxımdan daha çox Almaniya və İtaliya fərqlənirlər, fransızlar da heç məmnun deyillər.

Bunlara Rusiyanın tarixən Avropa dəyərlərinə daha çox maraq göstərdiyini əlavə etmək lazımdır. İndiki mərhələdə Rusiya demokratik, yüksək texnologiyaya malik olan və dini-mədəni olaraq özünə daha yaxın olan Avropaya meyilliliyini gizlətmir. Bu aspektdə Rusiya üçün Avropa yüksək inkişaf etmiş Koreya, Yaponiya və Çindən fərqlənir.

Beləliklə, Rusiya-Aİ münasibətlərinin taleyinə olan marağın kökündə bir sıra ciddi səbəblər dayanır. Buna görə də rusiyalı mütəxəssislər tərəflər arasında münasibətlərin mümkün inkişaf ssenariləri ilə bağlı geniş təhlillər aparır, proqnozlar verirlər. Rusiya Beynəlxalq Məsələlər Şurasının (РСМД) baş direktoru Andrey Kortunovun məsələ ilə bağlı təhlil və proqnozları böyük maraq doğurur (bax: Андрей Кортунов. Россия и Европейский cоюз: четыре сценария на будущее / Russiancouncil.ru, 18 yanvar 2018).

Məqalədə Avropa-Rusiya münasibətlərinə ilk olaraq Ukrayna böhranının ciddi təsir etdiyi vurğulanır. Bu hadisədən dörd il keçməsinə baxmayaraq, tərəflər arasında münasibətlər nəinki bərpa olunmayıb, hətta heç normallaşmayıb. Moskva ilə Brüssel arasında bir sıra qarşılıqlı əlaqə mexanizmləri dayandırılıb. Bu zaman hər iki tərəf köhnə əməkdaşlıq modeli və formatlarına qayıtmağın mümkün olmadığını vurğulayırlar (bax: əvvəlki mənbəyə). Bu, nəyi ifadə edir?

Görünür, hər iki tərəf bütövlükdə geosiyasi mənzərənin keyfiyyətcə dəyişdiyini və İkinci Dünya müharibəsindən sonra müəyyən edilmiş əməkdaşlıq meyarlarının səmərəsiz olduğunu etiraf edir. Siyasi aspektdə bu, ciddi dəyişiklikdir. Çünki yeni əməkdaşlıq formatı üçün mütləq çərçivələr, kriteriyalar və əlaqələr mexanizmləri işlənməlidir. Hələlik isə bunların heç biri gündəmdə deyil. Əvəzində, tərəflərin bir-birinə iradları getdikcə artır. Avropa Rusiyanı yalnız Ukrayna məsələsində deyil, həm də Moldova, Baltikyanı bölgə, Cənubi Qafqaz, Cənubi Avropa və enerji məsələlərində qınayır. Moskvanı bu istiqamətlərdə dağıdıcı fəaliyyətdə, insan haqlarını pozmaqda, təcavüzkarlıqda ittiham edir. Sadalanan faktorların geosiyasi təsiri yüksək olduğundan, onları aşıb real əməkdaşlıq mexanizmləri işləmək haradasa imkansızdır.

Bu kontekstdə Aİ-nin insan haqları məsələsində Rusiyanı ciddi günahlandırması diqqəti daha çox çəkir. Hətta Rusiya Avropa Şurasında iştirakdan imtina etməklə belə vəziyyəti sadələşdirə bilmədi. Brüssel sözünün və tələblərinin üstündə duraraq mövqeyini saxlamaqdadır. İndi Moskvadan təşkilata üzvlük haqqını ödəməyi tələb edirlər. Eyni zamanda, Kreml Ukrayna, Moldova və Baltikyanı ölkələr mövzusunda tez-tez tənqid edilir. Deməli, A.Kortunov haqlıdır - Avropa ilə münasibətlərdə son dörd ildə heç bir irəliləyiş olmayıb, əksinə, köhnə əlaqə mexanizmləri səmərəsizdir, yeniləri isə hazır deyil.

"Böyük Avropa"nın iflası: ideya yoxluğu!

Bu, faktiki olaraq, tərəflər arasında əlaqələrdə qeyri-müəyyənliyin hökm sürdüyü anlamına gəlir. Bu vəziyyətdən çıxış edərək, Aİ-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı proqnozlar vermək lazım gəlir. Burada çıxış nöqtəsi kimi "vahid Avropa məkanı" yaratmaq planı və "Böyük Avropa" ideyasının iflasa uğradığı etiraf edilir. Avropanın Şərq və Qərb hissələri bir-biri ilə dil tapa bilmir ki, bu da "Atlantikadan Urala qədər vahid Avropa" (Şarl dö Qoll) formulunun özünü doğrultmadığı anlamına gəlir.

Çünki məlumdur ki, "Böyük Avropa" əsas olaraq Rusiyanın Avropa dəyərlərinə inteqrasiyasını nəzərdə tuturdu. Buna bazar iqtisadiyyatı, demokratiya, insan haqlarına əməl olunması, tolerantlıq, ksenofobiya ilə mübarizə, müstəqil və sərbəst fəaliyyət göstərən KİV kimi faktorlar daxildir.

İlk dəfə "Böyük Avropa" ideyasından ingilis coğrafiyaşünası Helford Makkinder bəhs etmişdi. Onun fikrincə, Rusiyanın Avropa ailəsinə inteqrasiyası dünyada dominant geosiyasi mərkəzin yaranmasına aparıb çıxara bilərdi. Sonralar alman geosiyasətinin klassiki Karl Haushofer SSRİ, Almaniya və Yaponiyanın geosiyasi blokda birləşməsi ideyasını irəli sürdü. 1950-ci illərdə isə Şarl de Qoll bu ideyaya xüsusi məzmun verdi.

İndi isə bu ideyanın ən qızğın tərəfdarları belə etiraf edirlər ki, Urala qədər Avropa ideyası real deyil, hər bir halda, yaxın perspektiv üçün alınana oxşamır! Düşündürücü odur ki, mütəxəssislərin qənaətinə görə, bu cür qeyri-müəyyənlik və perspektivsizlik hər iki tərəfi bütövlükdə qane edir! Çünki onların heç biri mövcud vəziyyəti kökündən dəyişməyə çalışmır (bax: əvvəlki mənbəyə). Onlar daha çox indiki reallığa adaptasiya olmağa cəhd göstərirlər. Bunun sübutu kimi, Avropa İttifaqına üzv ölkələrlə Rusiya arasında ticarətin həcminin 2017-ci ildə dörddə bir dəfəyə qədər artması, Şengen vizasından rusiyalıların geniş istifadəsi, rusiyalı tələbələrin hələ də Avropada təhsil alması, mədəniyyət, elm, təhsil, nəqliyyat sahələrində çoxlu sayda layihələrin həyata keçirilməsi və başqa misallar gətirilir (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan belə qənaət əldə edilir ki, "Böyük Avropa" ideyasının iflasa uğramasına baxmayaraq, Rusiya ilə Aİ-nin bir-birinə yaxınlaşması, yaxud bir-birindən uzaqlaşması haqqında qəti fikir bildirmək doğru olmazdı. Situasiyanın dolaşıqlığı və qeyri-müəyyənliyi yalnız bir sıra ssenarilərdən ehtimali olaraq danışmağa imkan verir. Həmin prizmadan mütəxəssislər dörd maraqlı ssenarini vurğulayırlar. Bunun üçün öncə əsas faktorları müəyyənləşdirmək gərəkdir.

Burada ilk olaraq Aİ-nin öz daxili vəziyyəti vurğulanmalıdır. Son bir neçə ildə təşkilat sözün həqiqi mənasında böhran keçirir. Doğrudur, 2017-ci il Avropa İttifaqı üçün o qədər də mürəkkəb il olmadı. Lakin başlıca çətinliklərin heç biri aradan qalxmayıb. Mütəxəssislər həmin bağlılıqda "Breksit"i, sağ populizmin vüsət almasını, miqrasiya məsələsini, İttifaqın yeni maliyyə strukturunu formalaşdırmaq istiqamətində axtarışlarını, Avropa institutlarına olan ictimai inamın itməsini və digər problemləri qeyd edirlər. Bunlar yaxın gələcəkdə Aİ üçün vəziyyətin mürəkkəb olaraq qalacağına işarə verir. O cümlədən avropalılar bütövlükdə "Avropa layihəsi"ni yenidən dərk etməli, dünyada gedən proseslərin fonunda İttifaqın mexanizm, prosedur və fəaliyyət prinsiplərini yenidən işləməlidirlər. Təbii ki, bunlar Rusiya ilə münasibətlərdə də aparıcı rol oynaya biləcək faktorlardır.

Rusiyanın qarşısında duran problemlər heç də bunlardan az əhəmiyyətli deyil. Hər şeydən əvvəl, ölkə iqtisadi inkişafın yeni modelini tapmalıdır. Bu sahədə durum kifayət qədər acınacaqlıdır. Rusiyalı mütəxəssislər hesab edirlər ki, hələlik Kreml bu vəzifənin öhdəsindən gələ bilmir. Keçən əsrdən qalmış idarəetmə üsulu müasir reallıqla getdikcə daha çox ziddiyyət təşkil edir. İkinci problem dövlətin əsas institutlarının (siyasi, ictimai və digər) zəifliyidir. Analitiklərə görə, bu məsələ elitanın yeniləşməsi mərhələsində xüsusilə təhlükəlidir, çünki ola bilər ki, yeni elita müasir tələblərə cavab verə bilən səviyyədə olmasın. Digər çətinlik Rusiyanın XXI əsrin əvvəllərindən etibarən özünə bir sıra mürəkkəb xarici problemlər "qazanması" ilə bağlıdır. Bununla bağlı A.Kortunov yazır: "Bu problemləri bu və ya digər formada həll etmək gərəkdir, əks halda, onlar ölkənin daxili inkişafını getdikcə daha çox ləngidəcək" (bax: əvvəlki mənbəyə).

Başlıca problemlərin hətta bir qisminin aydınlaşdırılması onu göstərir ki, həm Aİ, həm də Rusiya kifayət qədər mürəkkəb daxili və xarici situasiyadadırlar. Bu səbəbdən onların əməkdaşlığı iki qeyri-müəyyən sistemin qarşılıqlı əlaqəsinə bənzəyir. Onlar öz daxili çətinliklərini aradan qaldıra biləcəklərmi? Xarici geosiyasi vəziyyətin daha da gərginləşməsi halında Aİ-Rusiya münasibətləri hansı məzmun kəsb edə bilər? Konkret olaraq, Ukraynada geniş hərbi əməliyyatlar başlasa, tərəflər hansı mövqeni tutacaqlar? Bu kimi sualların cavabları yalnız ehtimali ola bilər. Və bu bağlılıqda bir neçə ssenaridən söhbət gedir. Hətta A.Kortunov daha məhdud zaman kəsimində (2018-2024-cü illər) proqnoz verməyi təklif edir (bax: əvvəlki mənbəyə). Həm də alim əsas ölçü kimi Aİ-nin birlik dərəcəsi və Rusiyanın iqtisadi yeniləşmə dinamikasının seçilməsinə üstünlük verir (bax: əvvəlki mənbəyə).

Əgər Avropada monolitlik artsa, onda bir halda "ikili vəhdətdə olan Böyük Avropa", yaxud "yeni soyuq müharibə" variantları alınır. Digər ssenaridə Aİ parçalansa, onda Avrasiya "qaynar qazanı", yaxud "heç kimə məxsus olmayan ərazi" variantları meydana gələ bilər (bax: əvvəlki mənbəyə). Bunların hər birinin geosiyasi qiymətləndirilməsi aparılır.

I ssenari: "heç kimin ərazisi"

Birincisi inersiyalı Rusiya və parçalanmış Avropa olduğu halda gözlənilən "heç kimin ərazisi" ssenarisidir. Bu, onu ifadə edir ki, qarşıda duran altı ildə nə Brüssel, nə də Moskva öz tarixi vəzifələrinə sistemli və adekvat reaksiya verə bilməyəcəklər. Nəticədə, Avropa İttifaqı laxlamış, zəif, müxtəlif daxili çəkişmələri olan, o cümlədən vahid xarici siyasəti olmayan psevdotəşkilat ola bilər. Üzv dövlətlər getdikcə daha çox öz daxili problemlərini həll etməyə üstünlük verəcəklər ki, bu da Aİ-nin arxa plana atılması deməkdir. Rusiya isə köklü iqtisadi islahatlar riskinə getməkdən çəkinəcək və məsələnin həllini 2024-cü ildən sonraya saxlamağa çalışacaq. Bunun yekunu isə Rusiya iqtisadiyyatının yenə də enerji ehtiyatlarından asılılığı ola bilər, əsas ümidlər isə bu halda əhalinin sabitlik naminə dözümlü olmağa çalışmasına olacaq. Bu cür cəmiyyətdə partlayış ehtimalının yüksək olduğu şübhə doğurmur.

Belə ssenaridə Aİ və Rusiya əlaqələri getdikcə məhdudlaşdıra bilərlər. Obrazlı deyilsə, söhbət Moskva ilə Brüssel arasındakı "zəiflik balansı"nı uzun müddət saxlamaqdan gedir (bax: əvvəlki mənbəyə). Onda hər iki tərəf bir-birinə qarşı riskli addım atmaqdan çəkinəcəklər ki, bu da münasibətlərdəki status-kvonu saxlamaq istəyi deməkdir.

Bu ssenarinin əsas qurbanı Ukrayna ola bilər. Aİ bu ölkəni Moskvanın əlindən almağa risk etməz, Moskva isə ondan daha uzaq durmaqla daxili çətinliklərin içində çapalamasını müşahidə etməyə üstünlük verər (bax: əvvəlki mənbəyə). Bütövlükdə götürdükdə Avrasiya üçün də bu ssenari pozitiv bir şey vəd etmir. Bu məkandakı bir sıra geosiyasi problemlər qalmaqda davam edər. O cümlədən enerji təhlükəsizliyi və terrorla mübarizə sahələrində ciddi çətinliklər qarşıya çıxa bilər.

II ssenari: "yeni soyuq müharibə"

İkinci ssenari "yeni soyuq müharibə" adlanır ki, bu da monolitləşmiş Avropa ilə inersiyalı Rusiyanın mövcudluğu şəraitində ola bilər. Bu zaman Aİ-nin xeyrinə balanslaşma prosesinin getməsi gözlənilir (bax: əvvəlki mənbəyə). 2018-2019-cu illər bu baxımdan həlledici dönüş nöqtələri ola bilər. Əgər Brüssel tənəzzülü dayandırıb, inkişafa nail olsa və inteqrasiya prosesləri real məzmun kəsb etsə, ikinci ssenari real görünür. Böyük Britaniyanın Aİ-dən çıxması prosesi yekunlaşır, sağ populistlər seçkilərdə məğlub olurlar, Avropanın daxilində mövqe birliyi yüksəlir və Aİ ABŞ-dan strateji baxımdan müstəqil olmağa başlayır. Paralel olaraq, Avropa ölkələri daha yenilikçi, innovativ, dinamik və rəqabətədavamlı olurlar. Rusiya isə ətalətdə qalmaqda davam edir.

Bu ssenaridə Rusiyanı xoşagəlməz hadisələr gözləyə bilər. Hər şeydən öncə, postsovet ölkələrinin hamısı Avropa İttifaqı ilə əməkdaşlığa can atarlar. Hətta Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlər belə Rusiyadan uzaqlaşmaq xəttini seçə bilərlər. Ukrayna isə daha sərt mövqe tuta bilər. Bütövlükdə bu ssenaridə Avropa İttifaqı Rusiyaya təzyiqlərini artırmağa çalışacaq. Geosiyasi aspektdə isə Avropa Suriya, İran və Şimali Koreya məsələlərində təşəbbüsü Moskvanın əlindən almağa cəhd edəcək.

Bunlara Rusiya qapalılıq kursunu seçməklə reaksiya verə bilər. Kreml üçün başlıca vəzifə əhalinin Avropanın ideoloji-informasiya təsiri altına düşməməsi olacaq. O halda Qərbin Rusiyadakı ictimai dayaqlarına qarşı Moskva sərt addımlar ata bilər. Bunlara cavab olaraq isə, Brüssel Rusiyanı sıxışdırmaq xəttinə üstünlük verər. Son nəticədə geniş bir geosiyasi məkanda böyük qüvvələrin qarşıdurması yaranar. Onun isə yekunu Aİ-nin nüfuzunun artması, Rusiyanın isə zəifləməsi ola bilər.

III ssenari: "Avrasiya qaynar qazanı"

Üçüncü ssenari "Avrasiya qaynar qazanıdır". Bu, Avropa İttifaqının parçalanması və Rusiyanın islahatlar aparması halında yarana bilər. Həmin ssenaridə Aİ zəif qalır, təşkilatda fikir ayrılığı güclənir, inkişaf ləngiyir və dünya miqyasında Avropanın geosiyasi çəkisi azalır. Rusiya isə sistemli islahatlarla iqtisadiyyatın inkişafını 4-5 faizə yüksəldir, istehsalı inkişaf etdirir, yeni texnologiyalar tətbiq edir. Eyni zamanda, Rusiya xarici siyasətdə fəallaşır, beynəlxalq inkişafa Moskvanın təsiri artır, müxtəlif sahələrdə aparıcı rol oynamağa başlayır.

Bunların nəticəsində postsovet ölkələrinin Rusiyaya münasibəti daha da yaxşılaşır, onlar Avrasiya İqtisadi İttifaqına maraq göstərirlər. Avropa İttifaqı daxilində isə ziddiyyətlərin güclənməsi ilə Moskva öz maraqlarını daha yüksək səviyyədə təmin etməyə başlayır, o cümlədən sanksiyaların bir qisminin ləğv edilməsinə, yaxud yumşaldılmasına nail olur.

Geosiyasi model olaraq Rusiya "Lissabondan Vladivostoka qədər Böyük Avropa" formulunu "Şanxaydan Sankt-Peterburqa kimi Böyük Asiya" formulu ilə əvəz edir ki, bu da "Böyük Avrasiya" modelinin yaranması deməkdir. Daha maraqlısı ondan ibarətdir ki, bu vəziyyətdə Moskva və Pekin Aİ-nin üzvlərinə təsir göstərərək onların Avrasiya İqtisadi İttifaqına yaxınlaşmasına çalışacaqlar. O cümlədən "Bir qurşaq, bir yol" layihəsinin genişlənməsi üçün yeni imkanlar axtaracaqlar. Bununla da Aİ-nin təşkilat olaraq zəifləməsi prosesi sürətlənəcək (bax: əvvəlki mənbəyə).

IV ssenari: "ikibaşlı əjdaha"

Nəhayət, "ikili vəhdətdə olan Böyük Avropa" ssenarisi də mümkündür. Bu, Aİ-nin monolitliyinin yüksəlməsi və Rusiyanın islahatlar aparması variantında meydana çıxa bilər. O halda Avropada faktiki olaraq iki böyük geosiyasi güc mərkəzi formalaşmış olur - Aİ və Rusiya! Özünə inamı bərpa etmiş, birləşmiş, inkişaf etmiş Avropa və iddialı Rusiya! Bu, obrazlı desək, həm də "ikibaşlı əjdaha"nın yaranması deməkdir. Təcrübə göstərir ki, belə hallarda tərəflər əməkdaşlıqdan çox, rəqabətə üstünlük verirlər. Onlar arasında gərginlik daha da artır - hər biri üstünlük əldə etməyə çalışır.

Ancaq indi vəziyyət fərqlidir. Əvvəla, yeniləşmiş Rusiya Avropa dəyərlərinə daha çox yaxınlaşmış olacaq. İkincisi, Brüssel keçirdiyi "əsəb gərginliyi"ndən sonra güclü qonşusu ilə ziddiyyətlərə getməyə elə də meyilli olmaz. Üçüncüsü, dünyada Avropaya aid olmayan yeni güclər, məsələn, Çin, Türkiyə, İran, Braziliya, Hindistan və s. özünü göstərməyə başlayıb. Bunlar ondan xəbər verir ki, Aİ və Rusiya birlikdə hərəkət etməkdə maraqlı ola bilərlər. Onlar öz təhlükəsizliklərini təmin etmək üçün Avropada iki etibarlı dayağa çevrilə bilərlər.

Lakin bu nikbinlik güclü xarici təsirlərdən zərər görə bilər. Əsas olaraq ABŞ və Çin öz maraqlarını təmin etmək üçün Aİ-Rusiya əməkdaşlığına müxtəlif çətinliklər yarada bilərlər. Hər bir halda, bu ssenari Avropa və Rusiyanın xilası üçün ciddi rol oynaya bilər.

Beləliklə, yuxarıda nəzərdən keçirilən dörd ssenari Aİ-Rusiya münasibətlərinin yaxın perspektivdə mürəkkəb və qeyri-müəyyən olacağını göstərir. Bu isə dolayısı ilə Avrasiya məkanında geosiyasi risklərin qalmaqda olduğuna dəlalət edir.

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...