Aİ şirkətlərə dövlət dəstəyini nəzərdə tutan Çərçivə sənədinin müddətini uzadıb
Roma, 19 noyabr, AZƏRTAC
Avropa İttifaqında (Aİ) COVID-19 pandemiyası dövründə üzv ölkələrin şirkətlərə dövlət yardımı göstərməsi üçün hazırlanan Müvəqqəti Çərçivə sənədinin müddəti 2022-ci il iyun ayının sonuna qədər uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Qeyd olunub ki, iqtisadiyyatın bərpasını, ətraf mühiti və rəqəmsal transformasiyanı sürətləndirmək üçün investisiya və borcların ödənilməsinə dəstək tədbirləri də həyata keçirilməyə başlanıb. Müvəqqəti Çərçivə sənədi ilə üzv ölkələr COVID-19 pandemiyası dövründə şirkətlər üçün kifayət qədər likvidlik təmin edə biliblər.
Xatırladaq ki, Müvəqqəti Çərçivə sənədi 2020-ci ilin mart ayında hazırlanıb və cari il dekabrın sonunadək olan müddəti əhatə edirdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]