Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Rafael Hüseynovun “Böyük yolun həqiqəti” kitabı çapdan çıxıb

Akademik Rafael Hüseynovun “Böyük yolun həqiqəti” kitabı çapdan çıxıb

Bakı, 11 avqust, AZƏRTAC

2020-ci ildir, onillərin həsrətlərindən sonra yenidən qovuşduğumuz müstəqilliyimiz 29 yaşına çatıb, 30-na doğru irəliləyir.

Bu bir haqq yoludur ki, gedirik.

Millətimizə və yurdumuza qismət bu Müqəddəs Yolun ən mühüm həqiqəti isə ondan ibarətdir ki, həmin mübarizəli zaman məsafəsinin, yaşlaşdıqca dönməzləşən istiqlalımızın 27 ili İki Qüdrətli İnsanın, İki Mətin Rəhbərin adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun bu günlərdə çapdan çıxmış “Böyük yolun həqiqəti” kitabında yer alıb.

Kitabda müasir müstəqil Azərbaycan dövlətinin quruculuğunda və inkişafında müstəsna xidmətləri olan iki görkəmli şəxsiyyətin - ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri fonunda dövlətimizin XX əsrin sonunda və XXI yüzilliyin ilk onilliklərində keçdiyi çətin və mübarizələrlə dolu yoldan bəhs edilir. Azərbaycanın bərpa edildikdən sonra yenidən ciddi təhlükələrlə qarşılaşmış dövlət müstəqilliyini, vətəndaş müharibəsi astanasında olan ölkəni, çökmüş iqtisadiyyatın doğurduğu fəsadlardan əziyyət çəkən xalqı dərin və miqyaslı düşüncəsi, əzmi və qətiyyəti ilə xilas edərək sağlam məcraya yönəltmək, müasir və qüdrətli dövlətin əsaslarını yaratmaq Heydər Əliyevin tarixi missiyası idi. Prezident İlham Əliyev həmin böyük yolu uğurla davam etdirərək Azərbaycanın istiqlalını daha da sarsılmaz edib, ölkəmizi dünya dövlətləri arasında üstün mövqeyə çıxarıb, qlobal enerji və nəqliyyat layihələrini gerçəkləşdirərək müstəqilliyimizin dönməzliyinin və xalqımızın firavanlığının təmin edilməsinə əvəzsiz töhfələr verib. İki qüdrətli liderin çoxcəhətli coşqun fəaliyyətlərini əks etdirən kitabı onların böyük yolu haqqında müəllifin sözlərinə Azərbaycanın tanınmış bəstəkarlarının yazdığı musiqi əsərləri tamamlayır.

Bu yolda yorulmaq yox

Akademik “Bu yolda yorulmaq yox” adlı “Ön söz”də qeyd edir ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti bütöv Azərbaycan tarixinin pozulmaz səhifələridir. Heydər Əliyevin ömür möhləti başa çatsa, onun Azərbaycana rəhbərlik etdiyi onillərin mənzərəsi tam halda göz önündə olsa da, İlham Əliyev fəaliyyətdədir, yolunu getməkdədir və söz yox, yeni illər bu şəxsiyyətin dövlətçi tərcümeyi-halını daha dolğun edən yeni səhifələri də doğuracaqdır.

Müəllifin fikrincə, dünyada mövcud olan bütün bəlli xəritələrdən fərqli olan Millət Yaddaşı Xəritəsi də var: “Heydər Əliyevi və İlham Əliyevi Millət Yaddaşında bu gün və gələcək zamanlarda da daim yaşadacaq, unudulmağa qoymayacaq başlıca ƏMƏL onların məhz istiqlalımızı, müstəqilliyimizi yeni-yeni addımlamağa başladığı, hələ saysız təhlükələrlə üz-üzə olduğu dövrlərdə qoruyub qüvvətləndirməyi bacarmaları, ölkəni böhranlardan xilas edərək, tərəqqi yoluna çıxarmaları, Azərbaycanın dünya dövlətləri ailəsində özünü daha artıq təsdiq etməsinə, seçilən, parlayan bir ölkəyə çevrilməsinə nail olmalarıdır”.

Müstəsnalıq

1994-cü ildə xarici səfərdə lentə alınacaq müsahibədən əvvəl Ulu Öndərlə söhbətini xatırladan akademik Rafael Hüseynov qeyd edir ki, taleyinin enişli-yoxuşlu illərini yada salarkən Heydər Əliyevin sadə bir etirafında onun daim zirvələr fatehi olub sonacan da zirvədə qalmasının əsas cövhəri gizlənmişdi: “Elə bilirsən asan olub? Mübarizə aparmaq, çarpışmaq lazım idi”. Müəllif bu qənaətə gəlir ki, fitrətən insana nəsib olan üstün keyfiyyətləri öz yerində, amma əvvəldən-axıradək zirvədə qala bilməyin, Heydər Əliyev müstəsnalığına çatmağın, SINMAZ POLAD olmağın düsturu elə bu imiş - bir ömür boyu mübarizlik! 

Kitabda bir məsələyə də diqqət çəkilir ki, hələ sovet dövründə erməni lobbisi Heydər Əliyevin - qüdrətli azərbaycanlının Kremldəki ucalığına dözə bilmirdi: “Nə qədər ki Heydər Əliyev orada idi, nə ona bata, nə Azərbaycan əleyhinə qara məkrlərini həyata keçirə bilirdilər. Nəhayət, ən müxtəlif vasitələrlə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan sonra Qarabağ tonqalını da alışdırdılar”.

Alimin fikrincə, Heydər Əliyevin insanları təsiri altına çəkən qaçılmaz maqnitizmi vardı. Bu maqnitizmin, cəlbediciliyin bir tərəfi tabe olmağa vadar edirdisə, bir tərəfi də qarşıdakını ona ürək bağlamağa, mehr salmağa cəzb edirdi. Heydər Əliyev həm də iti söz sahibi, sözünün kəsəri olan dövlət başçısı idi.

Onun söykəndiyi dağ

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin peşəkar siyasi xadim olmaqdan tutmuş müasir iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsilə bilavasitə məşğul olmasınacan əsl müasir dövlət başçısı olduğunu vurğulayan akademik Rafael Hüseynov yazır: “2003-cü ildən Azərbaycan dövlətini idarə etməyə başladığı ilk gündən indiyədək Prezident İlham Əliyev onillərə sığacaq qədər nəhəng quruculuq işləri görüb və bunlar da, şəksiz ki, zaman-zaman yaşayacaq, gələcək nəsillərdə minnətdarlıq hissi oyadacaq. Amma Prezident İlham Əliyevin də bütün millətə xeyir işlərinin ən ucasında dayanan onun itkilərsiz, acılarsız, xalqı və ölkəni zənginləşdirə-zənginləşdirə istiqlalımızı 29 yaşına çatdırmasıdır”.

Bu məqamda kitabın yer alan “Heydər oratoriyası” silsiləsindən “Davamçın var” şeirindən aşağıdakı misraları qeyd etmək yerinə düşər:

Çiçəklənən Azərbaycan
Səndən bizə bir yadigar
Ruhun şaddır, bəxtiyarsan,
Özün kimi davamçın var!

Müəllifin fikrincə, Heydər Əliyev kimi siyasət və dövlətçilik dahisindən sonra ölkə rəhbərliyinə gəlmək və yurdunu sələfinin dövründən 20 dəfə zəngin edə bilmək hakimiyyət hünəri, idarəçilik qəhrəmanlığıdır. Bu, Prezident İlham Əliyevin əvəzsizliyidir. Bütün ardıcıl və çox zaman tab gətirilməz güclü xarici təzyiqlərə sinə gərərək müstəqil siyasət aparmaq, işğalçı Ermənistanı bütün iqtisadi layihələrdən təcrid vəziyyətində saxlayaraq müflis duruma endirmək, düşməni atəşkəs dönəmində mükəmməl siyasi gedişlərlə məğlub halına gətirmək İlham Əliyevin misilsizliyidir. 

Kitabda Prezident İlham Əliyevin hələ 2003-cü ildə Avropa Şurasında keçirilən müzakirələrdə bir siyasi xadim olaraq qazandığı müvəffəqiyyətdən tutmuş bu günədək Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində beynəlxalq məkanlarda, o cümlədən bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qazandığı uğurlara diqqət çəkilir: “Çətin olan ən lazımlı ifadəni gərək olan anda, düşmənin üzünə çırpılmalı dəlilləri yerində və məqamındaca yada salıb ifadə etmək, tərs şillə kimi rəqibin abır-həyası çoxdan qeyb olmuş sürtük sifətinə vurmaq ustalığıdır.

Bu baxımdansa Azərbaycan siyasət meydanında Prezident İlham Əliyevə tay olan yoxdur.

Amma yalnız Azərbaycan siyasət meydanındamı?

Bu misilsiz qabiliyyətləri ilə də Prezident İlham Əliyev bu gün dünyanın siyasi elitasındakı üstün təklərdəndir!”.

Kitabda, həmçinin qeyd olunur ki, Azərbaycanın paytaxtından tutmuş ən ucqarlarınadək heyrət doğuran inkişafa müvəffəq olmaq, 17 il əvvəl yolunun başlanğıcından vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmaq öhdəliyini ləyaqətlə yerinə yetirmək şərəfdir. Bu şərəfi Prezident İlham Əliyev 17 il boyunca çəkdiyi zəhmətlər, səylər, apardığı mübarizələr sayəsində qazanıb.

Prezident sözünün gücü

Bu il iyulun 12-də Ermənistanın hərbi təcavüzündən və təxribatından söz açan akademik Rafael Hüseynov Ali Baş Komandanın göstərişi ilə Milli Ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğunu qeyd edərək yazır: “Ermənistan elə itkilərə məruz qoyuldu ki, əvvəlcə bunları öz ictimaiyyətindən gizlətməyə çalışsa da, miqdarın və həcmin həddən artıq iriliyi asta-asta onları etirafa vadar etdi.

Lakin Prezident İlham Əliyevin danılmaz sübutlara söykənən ifşaçı sözləri ilə düşmənə vurduğu zərbə Tovuz səmtində ordumuzun qəsbkar Ermənistanın canlı qüvvəsini, hərbi texnikasını, sərhədboyu yerləşən dayaq məntəqələrini məhv etməklə yekunlanan zərbələri ilə müqayisədə daha sarsıdıcı oldu”.

Akademikin fikrincə, iyulun 15-də televiziya ekranından göstərilən və Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident sözlərini, əlbəttə ki, yalnız həmin dəqiqələrdə onunla ekranda üzbəüz olan nazirlərə deyil, hamıya deyirdi.

Bizə və dünyaya.

O cümlədən qulaqlarını şəkləyərək Azərbaycandan gələn hər yeniliyi, illah da Prezidentin dilindən çıxan hər kəlməni güdən Ermənistana.

Prezident İlham Əliyev bir daha elan edirdi: “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar”.

Akademik bu qənaətə gəlir ki, Prezident İlham Əliyevin sözünə millətin həmişə ehtiyacı var. Çünki bu səs xalqa həqiqətləri çatdırır, onu ümidləndirir, qələbələrə kökləyir, inamlı edir. “Səslə bizi” şeirində olduğu kimi:

“Qalxın” desən, qalxar ellər,
sıldırımı yıxar, keçər.
Torpağına göz dikəni
Şimşək kimi yaxar keçər.
 
Bu torpağın hər balası
Qeyrət dolu, susmuş vulkan,
“Vətən!” deyib alov olar,
Şahə qalxar sən çağırsan.

Kitabda müəllifin “Yenilməzlik hekayəti”, “Vəfa dərsi”, “Sənin arzun”, “İki qüdrət”, “Sən tarixi yaradan”, “Zirvələrdən baxan Öndər” və digər şeirləri yer alıb. Akademik Rafael Hüseynov yazır: “Unudulmaz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayanda mən məktəbli idim. Həmin iyul gününü, bu xəbəri radioda ilk eşitdiyim anları dəqiqliyi ilə xatırlayıram və aradan yarım əsrlik bir vaxt keçib. Bütöv bir ömür.

Müasir Azərbaycan dövlətinin özünütəsdiqi, möhkəmlənməsi, tərəqqisi yolunda bu iki şəxsiyyətin xidmətləri çoxdur və millətimin sıra nəfəri olaraq istiqlal içərisində olan dövlətimizin varlığını isə mən millətimin də, öz ömrümün də əsas nailiyyəti hesab edirəm”.

Ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə akademik Rafael Hüseynovun müxtəlif illərdə həsr etdiyi və hamısı nəğmələşmiş bu şeirlər yalnız bilavasitə onların özü barəsində deyil, həm də elə yurdumuz, xalqımız, bayrağımız, himnimiz, yolumuz haqqındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq