Akademik Rus Dram Teatrı premyeraya hazırlaşır
Bakı, 2 mart, AZƏRTAC
Martın 26-27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlirdi” romanı əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Və qadın gəlirdi...” adlı tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, səhnə tərtibatçısı Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov, dekorasiya rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamları Anna İbrahimova və Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Tamaşanın musiqi həlli Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya və səhnə plastikası Xalq artisti Fuad Osmanova məxsusdur. Xoreoqrafiya üzrə assistentlər Əməkdar artistlər Mariya Duboviskaya və Həcər Ağayevadır.
Rolları Xalq artistləri Məbud Məhərrəmov və Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva, Mariya Duboviskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Salman Bayramov və Yuri Omelçenko ifa edirlər.
Maqsud İbrahimbəyovun romanında hadisələr XX əsrin 80-90-cı illərində Abşeronda, dənizkənarı yaşayış məntəqələrindən birində cərəyan edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [18:36]
Anar Heybətov: Prezident mükafatı yaradıcılığıma böyük stimul verir
- 07.05.2026 [16:56]
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı
- 07.05.2026 [16:28]
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib
- 07.05.2026 [16:12]
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam
- 07.05.2026 [16:09]
On bir nəfərə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
- 07.05.2026 [15:20]
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq
- 07.05.2026 [15:04]