Akademik: Seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmaması kadr hazırlığına əngəl törədir
Bakı, 20 fevral, AZƏRTAC
Hazırda başlıca problemlərdən biri ölkə üzrə seysmologiya ixtisası üzrə doktorantura təhsilinin olmamasıdır. Bu da özlüyündə yüksəkixtisaslı kadr hazırlığı prosesinə əngəl törədir.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə söyləyib.
Akademiya rəhbəri seysmologiya ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hazırlanması probleminin həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılacağını diqqətə çatdırıb.
AMEA rəhbəri Mərkəzin fəaliyyətinə dəstək vermək məqsədilə 2023-cü ildə Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə qurumun maddi-texniki bazasının və proqram təminatının yenilənməsi, bu sahədə süni intellektdən istifadənin genişləndirilməsi və s. qərarların qəbul edildiyini də xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]