AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA UNİVERSİTET FEVRALDA FƏALİYYƏTƏ BAŞLAYACAQ
AZƏRTAC xəbər verir ki, Estoniyada yaradılmış akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti türk və Qafqaz xalqları ilə eston xalqı arasında mədəni körpü rolunu oynayacaqdır. Bunu universitetin Bakıda səfərdə olan rektoru həmyerlimiz, fəlsəfə elmləri doktoru Yaqub Yaqubov yanvarın 18-də “Caspian” mehmanxanasında keçirdiyi mətbuat konfransında açıqlanmışdır.
Yaqub Yaqubov universitetin fəaliyyət istiqamətlərindən, gələcək planlarından danışaraq bildirmişdir ki, onun yaradılması zərurətdən doğmuşdur.
Xəbər verildiyi kimi, Estoniya hökumətinin qərarı ilə yaradılmış universitet fevral ayında fəaliyyətə başlayacaqdır. Tallin şəhər meriyası paytaxtın mərkəzi küçələrindən birində bu təhsil ocağına bina ayırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]