Aleksandriya kitabxanasında 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Bakı, 21 yanvar (AZƏRTAC). Helsinki Universitetinin Aleksandriya kitabxanasında “Dostluq” cəmiyyəti tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə anım mərasimində Helsinkidəki Azərbaycan diasporunun əməkdaşları və Azərbaycanla yaxından maraqlanan Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova 20 Yanvar hadisələrinin Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı və qan yaddaşına əbədi həkk olunmuş mübarizə tarixi olduğunu vurğulamışdır. O, həmçinin bildirmişdir ki, Azərbaycan xalqı 20 Yanvarda vətəninin azadlığı uğrunda canını qurban vermiş bacı və qardaşlarımızın xatirəsini ehtiramla anır.
Tədbirin sonunda anım mərasimi iştirakçılarına sənədli film nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]
31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]