Alen Simonyan: İrəvan KTMT-dən çıxmaq barədə qərar verməyib
Bakı, 28 fevral, AZƏRTAC
Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur.
AZƏRTAC xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Heç bir kurs dəyişikliyindən söhbət getmir. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, lakin bunu istisna etmirik. Əgər cəmiyyət bu barədə danışırsa, belə bir tələbin olduğunu deyə bilərik”, - deyə o bildirib.
Eyni zamanda, İrəvanın Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini müzakirə etmədiyini deyən spiker mövcud təhlükəsizlik arxitekturasının artıq işləmədiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]