Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib – EKSKLÜZİV
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Komissiyadan məlumat verilib.
Belə ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin verilməsindən imtina olunub.
Bundan başqa, plagiat halları ilə əlaqədar cari il ərzində 17 nəfərə elmi adların, 3 nəfərə isə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınmasından (nostrifikasiya və təkrar attestasiya) imtina edilməsinə dair qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:15]
AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub
- 22.05.2026 [20:11]
® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
- 22.05.2026 [19:24]
Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub
- 22.05.2026 [18:46]
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib YENİLƏNİB VİDEO
- 22.05.2026 [18:44]