Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Naxçıvan, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Gündəlik təsdiqləndikdən sonra Ali Məclis sədrinin müavini Anar İbrahimov iclasın gündəliyindəki birinci məsələ - “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi barədə danışıb. Bildirib ki, Azərbaycanın 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə 2023-cü il oktyabrın 6-da dəyişikliklər edilib. Ali Məclisin Daxili Nizamnaməsində həmin dəyişikliklərə müvafiq uyğunlaşdırma aparmaq məqsədilə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb və Hüquq siyasəti komitəsində müzakirə olunub.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli sənəd haqqında məlumat verdikdən və komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar İbrahimov gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında hazırlanmış “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” qanun layihəsi ilə bağlı deyib ki, “Media haqqında” Qanun və buna müvafiq olaraq qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanı ilə Azərbaycanda çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının dəqiq siyahısı müəyyənləşib. Müvafiq normativ hüquqi aktlarda Naxçıvanın Ali Məclisinin və Nazirlər Kabinetinin çap mediası subyektinin təsisçisi olmaq səlahiyyəti nəzərdə tutulmayıb. Belə olan halda, Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin təsisçisi qismində çıxış etməsi mövcud qanunvericiliklə ziddiyyət təşkil edir. 1921-ci ildən nəşr edilən, ölkəmizin və muxtar respublikamızın ictimai-siyasi həyatında özünəməxsus rolu olan muxtar respublikada yeganə rəsmi qəzetin gələcək fəaliyyətinin tənzimlənməsi məqsədilə Ali Məclis Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək qərarına gəlib. Ali Məclisin qanunvericilik təşəbbüsü hüququ əsasında “Media haqqında” Qanunda müvafiq dəyişiklik edilməsi məqsədilə qanun layihəsi hazırlanıb. Layihə “Media haqqında” Qanunun 59.2-ci maddəsinə dəyişiklik etməklə siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən orqanlar (qurumlar) - Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutur. Təqdim edilən qanun layihəsi Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq qurumun iclasında baxılmaq üçün hazırlanıb, deputatlara paylanılıb, ötən il fevralın 20-də isə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Hüquq siyasəti komitəsi tərəfindən Qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun tələblərinə uyğun hazırlandığı diqqətə çatdırılıb, layihənin baxılması və qəbulu Ali Məclisə təqdim olunması barədə rəy qəbul edilib.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb.

Deputat Asim Əliyev “Şərq qapısı” qəzetinin muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni həyatındakı rolundan, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərdə muxtar respublikanın, ümumilikdə, Azərbaycanın gələcək taleyi ilə bağlı verilən mühüm qərarların qəzet vasitəsilə xalqa çatdırılmasından danışıb.

Anar İbrahimov bildirib ki, “Şərq qapısı” qəzeti Ali Məclisin normativ hüquqi aktlarının dərc olunduğu yeganə qəzetdir. Bundan başqa, qəzet Ulu Öndər və Naxçıvanın böyük irsinin tərkib hissəsidir. Ümid edirik ki, buna görə də Milli Məclis məsələyə həssas yanaşacaq, qanunda müvafiq dəyişiklik həyata keçiriləcək.

Ali Məclisin sədr müavini qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin müvafiq maddəsinə əsasən Ali Məclisin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq qanununun qəbul edilməsini nəzərdə tutan layihə deputatların 23 səs çoxluğu ilə qəbul edilir. Bu barədə qəbul edilən qərar Ali Məclis sədrinin müşayiət məktubu və müvafiq layihə əlavə olunaraq baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilir.

Sonra “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” qanun layihəsi oxunduqdan sonra səsə qoyularaq qərar qəbul olunub.

Cari məsələlərin müzakirəsi zamanı deputatlardan Turan Məmmədli, Yeganə Məmmədova, Aidə Allahverdiyeva, Esmira Həsənova və Əmir Babayev içməli su təminatı, əhalinin məşğulluğunun təmin olunması və digər mövzularda çıxış ediblər.

Anar İbrahimov deputatlar tərəfindən qeyd olunan müraciətlərin ümumiləşdirilərək, Nazirlər Kabinetinə göndərilməsi barədə tapşırıq verib.

Bununla da Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO