Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali təhsil müəssisələrində tərbiyənin psixoloji xüsusiyyətləri

Ali təhsil müəssisələrində tərbiyənin psixoloji xüsusiyyətləri

Bakı, 25 may, AZƏRTAC

Yaş xüsusiyyətlərindən və cinsi fərqlərdən asılı olaraq, ali məktəbdə tərbiyənin təsir vasitələrinin auditoriya və auditoriyadankənar hazır modelləri yoxdur. Hətta bəzən belə səslər eşidilir: bu yaşda insanların tərbiyəyə ehtiyacı varmı? Bu suala cavab ondan ibarətdir ki, əgər biz ali məktəbdə tərbiyəni tələbə şəxsiyyətinin özünütəkmilləşdirmə prosesi kimi başa düşsək, onda təhsil paradiqmasında bu suala müsbət cavab vermək olar. Məsələ təkcə tələbələrin dünyagörüşünü və peşə bacarıqlarını formalaşdırmaqda deyil, həm də tələbə şəxsiyyətinin inkişafını müəyyən mədəniyyət amilləri ilə qarşılıqlı təsiri kimi pedaqoji prosesə daxil etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Misgər Məmmədovun “Ali təhsil müəssisələrində tərbiyənin psixoloji xüsusiyyətləri” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Böyük rus pedaqoqu Konstantin Uşinski qeyd edirdi ki, şəxsiyyəti tərbiyə etmək üçün şəxsiyyət, xarakteri tərbiyə etmək üçün xarakter vacibdir. Bu tərbiyə prosesi ali təhsil müəssisələrində rektor-müəllim, rektor-tələbə, müəllim-tələbə, tələbə-tələbə şəxsiyyətinin məqsədyönlü formalaşmasını və özünütəkmilləşdirmə istiqamətlərini müəyyən edir.

Tələbəyönümlü təhsil, şəxsiyyətin inkişafında və formalaşmasında müəllim-tələbə münasibətlərində müəllimin aktivliyi heç də tələbənin fəallığından zəif olmamalıdır. Özünütəkmilləşdirmədə şüurun fəallaşmasında motivləşdirən mövqe müəllimə aiddir. Ona görə ki, tələbənin şəxsiyyət kimi formalaşmasında müəllim amili onun öz imkanlarını dərk etməyə, onun idraki fəaliyyətinin istiqamətini müəyyən etməyə yönəlib və bu davranışın moderatoru müəllimdir.

Azərbaycan Dillər Universitetində tələbə şəxsiyyətinin inkişafında və formalaşmasında çox emosional bir müstəvi gender xüsusiyyətidir və bu daim diqqət mərkəzində saxlanılan amildir.

Bunlardan biri tələbə şəxsiyyətinin inkişafında tərbiyəvi təsir vasitəsi kimi rektor akademik Kamal Abdulla tərəfindən təklif edilmiş bir sıra layihələrin auditoriyalarda, zallarda, kitabxanalarda, kafedralarda tez-tez müsahibə obyektinə çevrilməsidir. Bu, 44 günlük Zəfərə layiq xalqa xas olan mədəniyyətin tərbiyəsini nəzərdə tutan çox geniş pedaqoji platforma rolunu oynayır. Zəfərə layiq xalqa xas olan mədəniyyət, zəfər mədəniyyəti kimi anlayışlar ali məktəb auditoriyasında dövriyyəyə Kamal Abdulla tərəfindən daxil edilib. Zaman etibarilə Zəfərdən bu günə qədər hər gün bu siyasi təntənənin pedaqoji platformada icrası qarşılıqlı münasibətlər çərçivəsində tələbə şüurunun məzmununa çevrilir. Zəfər - vətənpərvərlik tərbiyəsi üçün əla nümunədir. Dövlətçilik, vətəndaşlıq, namus, Vətən qeyrəti, torpaq sevgisi, Vətənə məhəbbət hissinin Prezident modeli Zəfərin məzmununu təşkil edir. Onun pedaqoji platformada həllini akademik Kamal Abdulla 3 pedaqoji istiqamətdə müəyyənləşdirib və ona görə bütün strukturlar bu vəzifənin yerinə yetirilməsinə cəlb edilib.

Zəfər mədəniyyəti və mədəniyyətə layiq xalq fikri pedaqoji platformada - a) təşkilinə, b) qiymətləndirilməsinə, c) nizam-intizamlı təsirinə görə auditoriyalarda, Heydər Əliyev adına Muzeydə, Multikulturalizm zalında, kitabxanada təşkil edilmiş müsahibələr vasitəsilə pedaqoji şüura yeridilir. İcra, rektor-müəllim-tələbə müstəvisində müzakirə, mənimsəmə, əxlaqi davranışa çevrilmə səviyyəsində tələbələrin ciddi emosional çıxışları vasitəsilə həyata keçirilir. Zəfər mədəniyyəti tələbə şəxsiyyətinin inkişafında onun şüurunun fəal davranış modelinin informasiya dayağına çevrilir, buna səbəb zəfər mədəniyyəti anlayışının yeni bilik kimi qarşılıqlı təsirin nəticəsi olmasıdır. İkinci növ tərbiyəvi təsir vasitəsi Zəfər mədəniyyətinin qiymətləndirilməsidir.

Rektor-müəllim-tələbə qarşılıqlı münasibətlərində bu mərhələ tələbə dünyagörüşünün, əqidəsinin formalaşmasında zəfərin tələbə-gəncin şüurunda, torpağa sevginin, Vətənə məhəbbətin, ərazi bütövlüyünün, mübarizliyin yenidən yaradılaraq tələbənin şüurunda bu dəyərlərin qiymətləndirilməsidir. Zəfər mədəniyyəti ilə bağlı keçirilən məqsədyönlü tədbirlərdə fəallıq tələbələr tərəfindən stimullaşdırılır. Ən emosional davranış isə universitetin tələbələrinin 96 faizini, professor-müəllim heyətinin 89 faizini təşkil edən xanımların hadisəyə münasibətidir. Zəfər mədəniyyətinin tələbə şəxsiyyətinin şüurun zənginləşməsində gender məsələsinin emosional vəziyyətini son ilin müşahidələri bizə bunu deməyə əsas verir ki, qarşıya qoyulmuş məqsədlərə birgə fəaliyyət nəticəsində çata bilirik, çünki istək və arzu bu mədəniyyətin mənimsənilməsini stimullaşdırır.

Zəfər mədəniyyətinin aşılanmasında 3-cü mühüm təsir modeli nizam-intizam təsiri bağışlayan nümunələrdir. Tələbə-gənclərin, xüsusilə qızların bu mədəni modeli qavramaq üçün təşəbbüslərinin bu gün auditoriyalarda şahidi olmaq olar. Tələbə gənclər - qızlar, xarici dildə, nitq fəallıqlarında Zəfər mədəniyyətinin müxtəlif aspektlərini ünsiyyət dövriyyəsinə daxil etməklə şəxsiyyətlərini təsbit etmiş olurlar. Hər üç təsir vasitəsinin pedaqoji platformada icra olunmasında tələbələrin müəssisə rəhbərliyinin diqqətini cəlb etməyə çalışmasını biz psixoloji faktor kimi müsbət qiymətləndiririk.

Auditoriyalarda, akt zallarında mənimsənilmiş nümunələrin tələbə yaradıcılığında ifadə formalarını tez-tez müşahidə edirik. Daha nümunəvi, nizam-intizam xarakterli tərbiyəvi qız davranışları bizə belə qənaətə gəlməyə imkan verir ki, qız tərbiyəsinin sosial təməlləri gender məsələsinin tələbatı ilə bağlıdır. Fərqlənmək, ifadə olunmaq, tərbiyəvi davranışın gender xüsusiyyətlərindən asılı olaraq ifadə forması taparaq qiymətləndirilmək gənclik yaşa xas olan davranışdır. Tərbiyənin tələbatı kimi gender xüsusiyyətlərinin motivləşdirilməsinin auditoriyalarda kontekstual həllini tapmaq və qiymətləndirmək müəssisə rəhbərinin gündəlik və ən emosional qayğısıdır və bu qiymətləndiməni tələbə-gənclik rektordan gözləyir və qarşılığını tələbə və müəllim kollektivi səviyyəsində şəxsiyyətinin təsbitinə yönəlmiş cəhdlərlə alır.

Bu o deməkdir ki, tərbiyəvi təsir vasitələri emosionallığı, maraq dairəsi, yaş xüsusiyyətlərini özündə inikas etdirməklə tərəf müqabildə müvafiq fəallıq üçün pedaqoji mövqe formalaşdıra bilib. Biz tək bir platformada tələbə şəxsiyyətinin inkişafı kimi tərbiyənin mövqeyini müəyyən etməklə, onun psixoloji mexanizmini də aşkarlaya bildik.

Pedaqoji platformada tələbə müstəqilliyinə, təşəbbüskarlığına, baş verən idraki hadisəyə münasibəti üçün geniş meydan verilməsi, özünəinamın yaradılmasına, özünüqiymətləndirmə kimi meyarların formalaşmasına səbəb oluruq. Ona görə universitetdə yaradılmış digər bir davranış tərzi tələbə fəallığının, özünəinamın tərbiyəsində onun müstəqilliyinə verilən qiymətdir. Bu platforma rektorun həyata keçirdiyi “Birgünlük xəlifə” və fəal tələbələrin universitetin rəsmi strukturlarında dekan müavini, mütəxəssis kimi əmək fəaliyyətinə cəlb edilməsində tələbə şəxsiyyətinin təsbitini özünəhörmət hissinin formalaşdırılması, stimullaşdırılmasıdır. Bu gün ADU-nun hər bir tələbəsi universitet deyilən əmək bazasında yer üçün motivləşdirilib və rektorun bu sahədə sözü bütövlüyü tələbələrdə qarşılıqlı inamı artırıb.

Azərbaycan Dillər Universitetinin laboratoriyalarında, muzey-zallarında, iri və kiçik akt zallarında vətənpərvərlik, dövlətçilik, vətəndaşlıq mövqelərinin təsbiti ilə bağlı qız tələbələrin aktiv sosial davranışlarının şahidi oluruq.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə, dəyirmi masalarda, seminarlarda tələbələrin fəal, yaradıcı iştirakını görürük. Dövlətçilik, vətənpərvərlik, vətəndaşlıqla bağlı irsin mənimsənilməsində tələbə-gənclərin təxəyyül obrazlarının və fantaziyalarının şahidi oluruq. Hər gün çox emosional coşqu ilə həyata keçirilən bu tədbirlərin tərbiyəvi təbiəti bizə onu deməyə imkan verir ki, deyək ki, ali məktəbdə tərbiyə - tələbatdır. Onun müvəffəqiyyəti tələbə şəxsiyyətinin anlanılmasından və qiymətləndirilməsindən asılıdır. Tələbə şəxsiyyətinin tərbiyəsində özünəinamın və özünütəkmilləşdirmənin stimullaşdırılması tələbə şəxsiyyətinin müstəqilliyinin formalaşması istiqamətində atılmış pedaqojiyönümlü addımlardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH