ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ III İXTİSAS QRUPU ÜZRƏ QƏBUL İMTAHANI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə III ixtisas qrupu üzrə iyunun 29-da qəbul imtahanı keçirmişdir.
Bu il III ixtisas qrupu üzrə nəzərdə tutulan 9 min 52 yerə 40 min 500-dən çox abituriyent ərizə vermişdir.
Qəbul imtahanı Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində keçirilmişdir.
İyulun 3-də III ixtisas qrupu üzrə test imtahanının nəticələri TQDK-nın internet saytında veriləcəkdir. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]