Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” geniş şərh edilmişdir

Bakı, 19 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə əmr imzalanmışdır.

AZƏRTAC xəbər verir ki, fevralın 19-da Təhsil Nazirliyində keçirilən mətbuat konfransında qurumun elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova, informasiya şöbəsi müdirinin müavini və şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov qeyd olunan qaydalar və onun əhəmiyyətindən danışmışlar.

Qeyd edilmişdir ki, müvafiq əmr Təhsil Nazirliyinin 1996-cı il 7 avqust tarixli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin müddəaları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda olan ziddiyyətin aradan qaldırılması məqsədlərinə xidmət edir.

Əmrdə qeyd olunmuşdur ki, akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələbələrin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, ali təhsil müəssisələrinin rəhbərləri “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ı işdə rəhbər tutsunlar.

Məlumat verilmişdir ki, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi Qaydaları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir.

Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir.

Diqqətə çatdırılmışdır ki, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.

Ali təhsilin magistratura səviyyəsində isə tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldıqları ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar 1.4-cü bəndində göstərilən müddətdə həyata keçirilir.

Mətbuat konfransında bildirilmişdir ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, bakalavriat və magistratura səviyyələrində xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldıqları ali təhsil müəssisəsinə öz ixtisasları üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Diqqətə çatdırılmışdır ki, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı (ixtisas) üzrə qəbul planı (akkreditasiya haqqında sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır.

Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Vurğulanmışdır ki, xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınmalıdır.

Məlumat verilmişdir ki, bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasına köçdükdə bu Qaydaların 2.4-cü bəndində qoyulan tələblər, habelə tələbə akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində həmin ixtisas üzrə kadr hazırlığı aparılmadıqda bu Qaydaların 2.3-cü bəndinin birinci cümləsində qoyulan tələblər ali təhsil müəssisəsini və ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında (qiyabi təhsilalma formasından əyaniyə keçirilərkən çağırış yaşı çatmış oğlanlar üçün hərbi xidmətdən möhlət hüququ barədə arayış əlavə olunmaqla) rektorun əmri ilə həyata keçirilir. Bu halda oğlanların hərbi uçot sənədlərində müvafiq qeydlər aparılır.

Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə Qaydalarda qeyd olunmuş müvafiq sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidir. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər “Tələbə-məzun” dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Tələbələrin köçürülməsi mümkün sayıldığı hallarda ali təhsil müəssisəsi onların siyahısını (əvvəlki təhsil səviyyəsi barədə sənəd, qəbul və xaric olunma, təhsili barədə əmrlərdən çıxarışlar və blankı Təhsil Nazirliyi tərəfindən verilən dövlət nümunəli akademik arayış əlavə olunmaqla) Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir.

Təqdim edilmiş sənədlər Təhsil Nazirliyində yoxlanılır və müsbət rəy olduğu halda, tələbənin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi məsələsini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ilə razılaşdırır. Müsbət qərar qəbul olunduğu təqdirdə, Təhsil Nazirliyi tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq məktubla akademik arayış blankını, köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə öz razılıq məktubunu göndərir.

Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyinin məktubunu aldıqdan sonra 2 (iki) iş günü müddətində tələbənin başqa ali təhsil müəssisəsinə köçürülməsi ilə bağlı xaric olunması haqqında əmr verir və akademik arayışla birlikdə tələbənin şəxsi işini onun köçürüldüyü ali təhsil müəssisəsinə göndərir. Şəxsi iş ali təhsil müəssisəsi tərəfindən tələbənin özünə və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsinə verilə bilər. Həmçinin tələbənin köçürüldüyü ali təhsil müəssisəsinin rektoru Təhsil Nazirliyindən razılıq məktubu və tələbənin şəxsi işi daxil olduqdan sonra 2 (iki) iş günü müddətində akademik transkriptlə köçürüldüyü ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edir və uyğun olanları nəzərə alaraq, onun tələbə kontingentinə daxil edilməsi barədə əmr verir.

Tələbələr sırasından xaric edilmə proseduruna gəlincə, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali təhsil müəssisəsindən xaric edilə bilərlər. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər (oğlanlar) hərbi xidmətə çağırışdan möhlət hüququnu itirirlər.

Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda Qaydaların 1.7 - 1.10-cu və 2.2 - 2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə reallaşdırılır.

Bildirilmişdir ki, xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə Qaydaların 2.7-ci bəndində göstərilən sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

Tədbirdə qeyd edilmişdir ki, tələbəyə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda (xidmət müddətində), ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətdə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətdə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə akademik məzuniyyət verilir. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi

Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Bu saata olan əsas xəbərlər

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq simpoziumunun materialları nəşr olunub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir

WUF13-ün pakistanlı iştirakçısı: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə mühüm rol oynayır

Ukrayna Müdafiə Nazirliyi: Rusiya döyüş meydanında 13 min dəfədən çox kimyəvi maddədən istifadə edib

BMT nümayəndəsi: WUF13 ölkədə cəmiyyət üçün konkret və hiss olunan nəticələr yaradacaq - EKSKLÜZİV

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

İrana Qasımova: Səməd Vurğunun poeziyası insanlarla zaman arasında canlı dialoq formasıdır

Maimuna Mohd Şərif: WUF13-ə ev sahibliyinə görə Azərbaycanı təbrik edirəm

Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir

Sudanlı iştirakçı: WUF platforması ideyaların qarşılıqlı mübadiləsinə imkan yaradır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib  YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında uroloji risklər və multidisiplinar klinik yanaşmalara həsr olunmuş elmi seminar

WUF13-ün sonuncu gününün maraqlı anları - FOTOLAR

Giorgi Xaindrava: WUF13-ün yüksək səviyyədə təşkili region üçün də mühüm əhəmiyyət kəsb edir

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası

WUF13 iştirakçısı: İnanıram ki, Qana Azərbaycanla şəhərsalma sahəsində səmərəli əməkdaşlıq qura bilər

İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək

Nkeyi meri: WUF13 yüksək səviyyədə keçirildi və beynəlxalq tədbirin miqyasına tam uyğundur

Gəncədə vəkillər məhkumlara hüquqi yardım göstəriblər

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb - YENİLƏNİB

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışılıb

SOCAR Ukraynadakı yanacaqdoldurma məntəqələrinin yarısında sığınacaqların yaradılmasını yekunlaşdırıb

Biznesin dayanıqlı artımı və inkişafı - UNEC-də beynəlxalq elmi simpozium

“Bank of Baku”dan ölkəxarici pul köçürmələrinə ENDİRİM

Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” təşkil olunacaq

Daşkənddə WUF13 çərçivəsində şəhər inkişafında mədəniyyətin roluna həsr olunmuş seminar təşkil olunub

WUF13-dən gözləntilər mövcud böhranın miqyasına uyğundur – MÜSAHİBƏ

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Xarici ekspert: Bakı şəhər həyatının hibrid modellərinin sınaqdan keçirilməsi üçün pilot platformaya çevrilə bilər

“Azərpoçt”un xüsusi WUF13 markası tədbirin simvollarından birinə çevrilib - REPORTAJ

BMT nümayəndəsi: WUF13 qlobal mənzil böhranının həlli üçün daha sürətli və effektiv addımların atılmasına kömək edəcək

Akankşa Şarma: Uğurlu şəhər transformasiyası hərtərəfli və inteqrasiya olunmuş planlaşdırma tələb edir

PMS imtahanının yekun nəticələri elan olunub

Azərbaycan Avrasiya məkanında mühüm aktorlardan biri kimi qəbul olunur - ŞƏRH

Mexikonun baş koordinatoru: Azərbaycan WUF13-ü nümunəvi şəkildə təşkil etdi VİDEO

Mexikonun baş koordinatoru: Azərbaycan WUF13-ü nümunəvi şəkildə təşkil etdi VİDEO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub

WUF13-ün yaratdığı rezonans ölkəmizin imicinə uzunmüddətli təsirlər göstərəcək - Ekspert

Akankşa Şarma: Rəqəmsal dayanıqlıq şəhərlərin gələcəyinin əsas elementinə çevrilir

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

Niderlandın Kralı Villem-Aleksandrdan

Robert Nduquva: WUF13 urbanizasiya gündəmi ilə bağlı beynəlxalq dialoqun möhkəmlənməsinə töhfə verir

Şeyx Abdallahi Evah: Azərbaycan çoxsaylı xarici iştirakçının qatıldığı uğurlu forum keçirib

WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib VİDEO

WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib VİDEO

Göygöldə təhlükəsiz internet təlimləri

İyunun 21-də 9 illik təhsil bazası üzrə təkrar imtahan təşkil olunacaq

Qarsda “Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” konserti keçirilib

DİM: Apellyasiya Komissiyası 1394 şagirdin 1690 yazı işi ilə bağlı düzəliş edib

Jonathan Oriki Some: Gələcək nəsillərə mehriban, inklüziv və ədalətli şəhərlər quraq VİDEO

Jonathan Oriki Some: Gələcək nəsillərə mehriban, inklüziv və ədalətli şəhərlər quraq VİDEO

Qanalı iştirakçı: Azərbaycanda diqqətimi çəkən əsas məqamlardan biri əlçatanlıq və inklüzivlik oldu

Azərbaycan minillik şəhər mədəniyyəti yaratmış sivilizasiya məkanıdır- ŞƏRH

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

AFFA ilə Ombudsman təsisatı arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər müzakirə olunub

Mərakeşli nümayəndə: Hər kəsin şəhərlərdən bərabər istifadə etmək hüququ var

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir VİDEO

ADA Universitetinin dosenti: Mənzil təminatı ilə bağlı qlobal çağırışın miqyası qətiyyətli cavab tədbirləri tələb edir VİDEO

Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb

WUF13 çərçivəsində “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası” mövzusunda sessiya baş tutub - YENİLƏNİB

İyunun 1-dən BDU-da yaz imtahan sessiyası başlayacaq

WUF13-ün keniyalı iştirakçısı: Azərbaycanda yüksək qonaqpərvərlik gördüm

Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir VİDEO

Jonathan Oriki Some: “Bakı Fəaliyyətə Çağırış” sənədi transformativ dəyişikliyə yol göstərən aydın yol xəritəsi təqdim edir VİDEO

WUF13 çərçivəsində möhtəşəm konsert

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək VİDEO

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək VİDEO

“Bakı Ağ Şəhər” layihəsi və “PASHA Real Estate” arasında “Waterfront Quarter”ın inkişafı üzrə saziş imzalanıb

WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib