ELM VƏ TƏHSİL
ALİ TƏHSİL OCAQLARIMIZ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Ölkəmizi toplantıda Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlı təmsil etmişdir. O, AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanın 6 universitetinin, o cümlədən Xəzər Universitetinin də üzv olduğu Assosiasiya Avropa təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması sahəsində önəmli işlər aparır, universitetlərin problemlərini və onların tələblərini Avropa Birliyinə çatdırmaqda xüsusi rol oynayır.
Son zamanlar Avropada universitetlərlə sənaye müəssisələri arasında əməkdaşlıq, bir-birindən faydalanma ali məktəblərin qarşısına mühüm vəzifə kimi qoyulmuşdur. Bununla əlaqədar, biz ölkəmizdə təhsil sisteminin durumu, bu sahədə aparılan islahatlar, rəhbərlik etdiyim ali məktəblə bp şirkəti arasındakı əlaqələr barədə toplantı iştirakçılarına ətraflı məlumat verdik.