Alim: Xeyirxah insanlar ürək-damar xəstəliklərindən daha az əziyyət çəkirlər
Bakı, 11 iyun, AZƏRTAC
Madrid Muxtar Universitetinin professoru və nevrologiya üzrə tədqiqatçı Conatan Benito qeyd edir ki, mehriban insanların pis niyyət göstərənlərlə müqayisədə sağlamlıq baxımından əhəmiyyətli üstünlüyü var.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, ekspertin fikrincə, mehriban və ünsiyyətcil insanlar daha aqressiv fərdlərlə müqayisədə ürək-damar və serebral-dolaşım xəstəliklərinə daha az məruz qalırlar. Bundan əlavə, onlar əhəmiyyətli dərəcədə daha uzun ömürlüdürlər.
Tədqiqatçı onu da əlavə edib ki, hirsli insanlar mehriban insanlardan fərqli olaraq emosional rifahın və xoşbəxtliyin nə olduğunu başa düşmürlər. Onlarda daim yüksək səviyyədə kortizol hormonu və zülal fibrinogen var ki, bu da qan laxtalanması, insult və infarkt riskini artırır. “Ümumiyyətlə, belə insanların həyat keyfiyyəti xeyli aşağıdır”, - deyə alim sözlərini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]