Almaniya koronavirusun dördüncü dalğası ilə üzləşib
Bakı, 18 noyabr, AZƏRTAC
Almaniyada ötən sutka ərzində koronavirusa 52 min 826 yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın əvvəlindən bəri ən yüksək göstəricidir.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, noyabrın 17-də ölkədə 294 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.
“Koronavirusun dördüncü dalğası bütün gücü ilə ölkəmizi bürüyüb. Hər gün əvvəlkindən daha çox yoluxma halları ilə üzləşirik. Gündəlik ölüm hallarının sayı da qorxuncdur. İlk peyvəndlə bağlı qərar vermək hələ də gec deyil. Pandemiyadan çıxış yolu kifayət qədər insanın peyvənd olunmasıdır”, - deyə Almaniyanın kansleri vəzifələrini icra edən Angela Merkel bildirib.
Onun sözlərinə görə, yoluxma hallarının qarşısını almaq üçün yerli və federal səviyyədə daha sərt məhdudiyyətlər tətbiq olunmalı, ictimai nəqliyyatda və ofislərdə peyvənd sertifikatları və ya COVID testlərinin cavabları yoxlanılmalıdır.
Qeyd edək ki, Almaniya əhalisinin 68 faizi COVID-19 infeksiyasına qarşı tam vaksinasiya olunub. Bu, Avropa İttifaqının üzvü olan digər dövlətlərlə müqayisədə nisbətən aşağı göstəricidir. Eyni zamanda, əhalinin 5 faizi peyvəndin üçüncü buster dozasını vurdurub.
Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, Almaniyada koronavirusa yoluxanların sayı 5 milyon 169 min nəfəri ötüb, 98 min 908 nəfər isə infeksiya səbəbindən vəfat edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]