Almaniya millisi 20 ildən sonra dünya çempionatlarının seçmə mərhələsində uduzub
Bakı, 1 aprel, AZƏRTAC
Almaniya millisi 20 ildən sonra futbol üzrə dünya çempionatlarının seçmə mərhələsində uduzub.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.
Komanda Yoahim Lövün rəhbərliyi altında seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmış və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.
Almaniya son olaraq 2001-ci ildə dünya çempionatının seçmə mərhələ oyununda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda daha əvvəl isə mundialların seçmə mərhələlərində 1985-ci ildə Portuqaliyaya məğlub olub - 0:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]