Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniya siyasətçiləri Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığı məsələsini müzakirə ediblər

Berlin, 14 fevral, AZƏRTAC 

Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən Alman Parlament Cəmiyyətində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı beşinci simpozium keçirilib.

Ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən simpozium Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi, Alman-Azərbaycan Forumu, Alman Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub tədbiri açaraq Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini və dinc əhaliyə divan tutduğunu söyləyib, bu tədbirin həm də Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması məqsədilə keçirildiyini bildirib. O, eyni zamanda, Avropa İttifaqının büdcə və kadr məsələləri üzrə komissarı Günter Ottingerin tədbir iştirakçılarına salamlama məktubu göndərdiyini qeyd edib. G.Ottingerin məktubunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsselə səfəri zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldığı qeyd edilib, Avropa İttifaqının Azərbaycanla enerji sahəsində mövcud olan strateji tərəfdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib. Azərbaycanı tərəfdaş və müxtəlif mədəniyyətlər arasında körpü adlandıran Avropa İttifaqının komissarı ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə danışıb. Səfir ölkəmizin inkişafı, regionda aparıcı gücə çevrilməsi, regional inkişafa və sabitliyə töhfə verən böyük layihələr həyata keçirməsi barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu proseslər üçün ciddi təhlükə yaratdığını qeyd edib.

Səfir Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin tarixi və bugünkü dinamikasına toxunaraq 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını diqqətə çatdırıb. O, dövlət başçısı İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncam imzaladığını xatırladıb. R.Həsənov Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyində siyasi idarənin direktor müavini, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə xüsusi nümayəndə, səfir Andreas Peşke ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyindən, Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən, dünyaya səs salan iqtisadi və mədəni layihələrindən bəhs edib.

A.Peşke Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini bütün region üçün maneə adlandırıb. O, Xocalı hadisələrinin sözügedən münaqişədə ən qəddar qırğınlardan biri və zorakılığın simvolu olduğunu qeyd edib. Alman diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun həll yolu olmadığını vurğulayıb, Almaniyanın münaqişə tərəflərini danışıqlar masasına gətirmək üçün əlindən gələni etdiyini və bu səyləri gələcəkdə də ATƏT troykasının və Minsk qrupunun üzvü qismində davam etdirəcəyini bildirib.

Daha sonra Boxum Rur Universitetinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Hans Yoaxim Hayntse “Beynəlxalq hüquqda dövlət ərazisinin işğalına reaksiya vermək imkanları” mövzusunda məruzə ilə çıxış edib. Alman mütəxəssis beynəlxalq hüquqda güc tətbiqinin qadağan olunduğunu və Ermənistanın Azərbaycan ərazilərini işğala məruz qoymaqla bu prinsipi pozduğunu qeyd edib. O, Dağlıq Qarabağ regionunun və ətraf rayonların işğalını qanunsuz adlandırıb və yaranmış vəziyyətin davamlı olmasının mümkün olmadığını diqqətə çatdırıb. Alman professor işğal kimi qeyri-qanuni halların aradan qaldırılması üçün məsuliyyətin BMT-nin Təhlükəsizlik Şurasının üzərinə düşdüyünü qeyd edib və sözügedən qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunduğunu bildirib.

H.Y.Hayntse xalqların öz müqəddəratını təyinetmə hüququnun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilərə şamil edilməsinin beynəlxalq hüquq nöqteyi-nəzərindən mümkün olmadığını, Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində milli azlıq hüquqlarından yararlanmalı olduqlarını bildirib.

Çıxışlardan sonra Almaniya Bundestaqının deputatlarının iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirə keçirilib. Müzakirəyə Azərbaycan Respublikasının Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer moderatorluq edib.

Bundestaqın deputatı, ATƏT Parlament Assambleyasında alman nümayəndə heyətinin rəhbəri Doris Barnet Azərbaycanı Almaniyanın mühüm tərəfdaşı adlandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan alman deputat Azərbaycanın münaqişənin həllində həqiqətən çox maraqlı olduğunu vurğulayıb. D.Barnet ATƏT Parlament Assambleyası çərçivəsində münaqişənin həllinə dair müəyyən təşəbbüslərin olduğunu, ötən il alman nümayəndə heyətinin təşəbbüsü ilə ATƏT PA-nın Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyadan olan üzvlərinin iştirakı ilə Almaniyada görüş keçirildiyini və orada Cənub Qafqazdakı münaqişələrin müzakirə edildiyini bildirib.

Bundestaqın iqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptman Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətləri vurğulayıb, “ASAN xidmət” vasitəsilə Azərbaycanın sosial xidmətlər sahəsində yaratdığı səmərəli və şəffaf sistemin Almaniya üçün nümunə ola biləcəyini qeyd edib. M.Hauptman Azərbaycan və Almaniya arasında iqtisadi və enerji əməkdaşlığını yüksək qiymətləndirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə digər ərazi münaqişələri ilə eyni yanaşma tətbiq olunmasının vacibliyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən deputat son 25 ildə sülh danışıqlarının nəticəsiz qaldığını təəssüflə qeyd edib və bunun məsuliyyətinin bütünlüklə Ermənistanın üzərinə düşdüyünü bildirib.

Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Yohannes Kars Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq burada beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulduğunu, münaqişənin həlli naminə ümumi maraqların tapılması üçün intensiv iş aparılmalı olduğunu qeyd edib.

Bundestaqın xarici siyasət komitəsinin üzvü Karl-Qeorq Velman Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini vurğulayaraq, ölkəmizlə əməkdaşlığın Almaniyanın iqtisadi və təhlükəsizlik maraqlarında olduğunu qeyd edib. O, xarici siyasətdə ikili standartlarla yanaşmanın yolverilməz olduğunu bildirib.

Daha sonra simpoziumda Berlin Azad Universiteti və Qissen Universitetinin müəllimi Mixael Hessin “Cənnətdə tanklar: Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi“ adlı kitabının təqdimatı keçirilib. Alman-Azərbaycan Forumunun icraçı direktoru Pərviz Yəzdaninin aparıcılığı, müəllif və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri professor Eva-Maria Auxun iştirakı ilə sözügedən kitab barədə fikir mübadiləsi aparılıb.

Simpoziumda Almaniya Müdafiə Nazirliyində dövlət katibi Markus Qrübel, Xarıcı İşlər Nazirliyinin nümayəndələri ilə yanaşı, hökumətin digər yüksək rütbəli təmsilçiləri, Bundestaqın deputatları, ictimai-siyasi, iqtisadi, mədəni dairələrin, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO