Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir
Berlin, 16 iyul, AZƏRTAC
Qərb İranla nüvə mübahisəsində Tehran hakimiyyətinə qarşı sanksiyaların yenidən tətbiqi məsələsini qüvvədə saxlayır.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında bildirib. “İranın nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin təhlükəsizlik maraqlarını nəzərə alan, davamlı və yoxlanıla bilən diplomatik həllə ehtiyac var. Əgər belə bir həll yay aylarında əldə olunmazsa, mövcud sanksiya mexanizminə əsasən, “Snapback” (sanksiyaların avtomatik bərpası) E3 ölkələri - Almaniya, Fransa və Böyük Britaniya üçün bir seçim olaraq qalır”, - deyə XİN nümayəndəsi qeyd edib.
Bu məsələ ilə bağlı üç ölkənin hökumətləri arasında sıx koordinasiyanın aparıldığını vurğulayan sözçü deyib: “İran heç vaxt nüvə silahına sahib olmamalıdır”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]