Almaniyada koronavirus “əks-hücuma” keçir
Berlin, 18 sentyabr, AZƏRTAC
Bu yay uğurlu mübarizə, ocaqların lokallaşdırılması və koronavirus xəstəliyinə düçar olmuş almanların ümumi statistikasının minimallaşdırılması kimi yadda qalıb. Payız, deyəsən, tarixə virusun insan cəmiyyətinə qarşı “əks-hücumu” dövrü kimi düşəcək. Bu, Almaniyaya da aiddir.
AZƏRTAC xəbər verir ki, bu ölkədə təkcə son gündə yoluxanların sayı 2094-ə çatıb. Hərçənd bir gün əvvəl, testə müsbət reaksiya 1827 yeni xəstədə təsbit edildi.
Əslində dünən antirekord qeydə alındı. Bundan əvvəl yoluxanların sayında ən kəskin artım 2069 yeni yoluxma halının aşkar edildiyi aprelin 24-də qeydə alınıb.
Ötən gün ərzində koronavirus Almaniyanın üç sakininin ölümünə səbəb oldu və nəticədə qurbanların sayı 9457 nəfərə çatdı.
Hazırda Almaniyada 20087 nəfər COVID-19 virusunun aktiv daşıyıcısıdır.
Ümumilikdə, Almaniyada koronavirus 269.042 nəfərə “toxuna bilib”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]