Almaniyada körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub
Berlin, 20 may, AZƏRTAC
Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Horb şəhərində körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə körpü üzərində qaldırıcı platformanın hündürlükdən yerə düşməsi nəticəsində baş verib. Həmin vaxt platformada olan işçilərin üçü də hadisə yerində ölüb.
Hazırda qəzanın səbəbləri aydınlaşdırılır. Baden-Vürtemberqin federal əyalətinin nəqliyyat naziri, Yaşıllar partiyasının üzvü Vinfrid Herman bu hadisənin əyalətdə yol tikintisi sahəsində baş vermiş ən ağır əmək qəzalarından biri olduğunu bildirib.
Qeyd edək ki, qəzanın baş verdiyi körpü əhəmiyyətli infrastruktur layihəsinin tərkib hissəsidir. Nekar vadisinin üzərində tikilən körpünün nəqliyyat axınının şəhərin mərkəzindən uzaqlaşdırılmasına imkan yaradacaq. Hündürlüyü 90, uzunluğu 2100 metr olacaq körpünün inşasının 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]