Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada müsəlmanlara qarşı diskriminasiya genişlənir

Almaniyada müsəlmanlara qarşı diskriminasiya genişlənir

Bakı, 14 dekabr, AZƏRTAC

Almaniyada İslam dininə və müsəlmanlara qarşı nifrət və diskriminasiya cəmiyyətin müxtəlif sahələrində özünü ən kobud formada göstərməkdədir. Müxtəlif sosioloji sorğuların nəticələri, elmi araşdırmalar, eyni zamanda, rəsmi dövlət orqanlarının hesabatları onu göstərir ki, müsəlmanlar öz dini kimliyi səbəbindən vaxtaşırı ayrı-seçkilik və zorakı münasibət ilə rastlaşırlar. Almaniya həm də müsəlmanların vətəni olmasına baxmayaraq, onlara qarşı ayrı-seçkilik dövlət siyasəti səviyyəsinə çatmaqdadır və bu problemin köklü şəkildə aradan qaldırılması üçün hökumətdə konkret nəticəyə xidmət edəcək siyasi iradə mövcud deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Anar Allahverdinin “Almaniyada müsəlmanlara qarşı diskriminasiya genişlənir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin qeyd edilir: “Təkcə 2022-ci ilin hesabatına nəzər saldıqda bunu aydın şəkildə anlamaq mümkündür. Belə ki, Almaniya Daxili İşlər Nazirliyinin hesabatına görə, il ərzində ölkə ərazisində müsəlmanlara və məscidlərə qarşı 569 hücum və zorakılıq aktı həyata keçirilmişdir. Baş vermiş zorakılıq və cinayətkarlıq aktları ilə bağlı yalnız bir hadisə araşdırılaraq cinayəti törətmiş şəxs məsuliyyətə cəlb edilmişdir. Yerdə qalan 568 cinayət və zorakılıq halı ilə bağlı heç bir tədbir görülməmişdir.

Həmin psixoloji-kriminal xarakterli zorakılıq hallarından biri məhz bu il iyunun 8-də Baden Vürtenberq əyalətinin Maulbronn şəhərində baş verib. Kimliyi bəlli olmayan bir qrup şəxs həmin şəhərdəki məscidin qarşısından minik avtomobili ilə hərəkət edərək əllərindəki yandırılmış “Qurani-Kərim”i məscidin həyətinə atıb. Bu hadisə Türk-İslam Birliyinə (DİTİB) aid məscidin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Videomateriallar və məscid nümayəndələrinin yazılı müraciəti əsasında şəhər polis idarəsində hadisə rəsmi olaraq qeydə alınmışdır. Qeyd edək ki, həmin məscid 2014-cü il martın 14-də İslam əleyhdarlarının hücumuna məruz qalmışdır və o zaman məscidin divarları, pəncərələri, giriş qapısı nasist svastikaları ilə rənglənmişdir.

Ümumilikdə 2022-ci ildə əvvəlki illərlə müqayisədə Federal Antidiskriminasiya Agentliyinə ayrı-ayrı şəxslər tərəfindən edilmiş müraciətlərin sayında ciddi artım qeydə alınmışdır. Belə ki, 2022-ci ildə Antidiskriminasiya Agentliyinə 8827 müraciət daxil olmuşdur və bu rəqəm 2021-ci illə müqayisədə14 faiz çoxdur. 2022-ci ildəki müraciətlərin sayını 2019-cu illə müqayisə etdikdə, artım tempinin iki dəfədən çox olduğunu görürük. Edilmiş müraciətlərin hər iyirmisindən biri məhz dini diskriminasiya ilə bağlıdır.

Antiislam rasizminin Almaniyada sürətlə yayılması bu ölkədə yaşayan hər bir müsəlman üçün ciddi təhdiddir. Cari araşdırmalar deməyə əsas verir ki, müsəlmanlara qarşı dini rasizmin genişlənməsi alman cəmiyyətində tendensiya xarakteri daşımaqdadır. Qısa müddət əvvəl on müstəqil ekspertdən ibarət heyət tərəfindən “alman cəmiyyətində müsəlman düşmənçiliyi” mövzusunda 400 səhifəlik hesabatı özündə əks etdirən araşdırma aparılmışdır. Hesabatda qeyd edilir ki, hər iki almandan biri müsəlman düşmənçiliyi ilə bağlı çağırışlarla bu və ya digər şəkildə razıdır, bilavasitə antimüsəlman çağırışları normal qəbul edir. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, müsəlman dini kimliyinə aid olanlar diskriminasiyaya məruz qalan digər insan qrupları ilə müqayisədə daha çox təzyiqlə üzləşirlər. Xüsusən də baş örtüyündən istifadə edən qadınlar müsəlman olduqları üçün amansız formada təzyiqlərə məruz qaldıqlarını bildirirlər. Hesabata görə, mediada, ictimai və dövlət idarələrində belə halların baş verməsində davamlı olaraq artım müşahidə edilməkdədir.

Azərbaycana da onun uzun müddət məruz qaldığı ərazi probleminə də məhz yuxarıda qeyd edilən dini diskriminasiya kontekstində yanaşma mövcuddur. Belə ki, alman cəmiyyətində ictimai rəyin formalaşmasında əsas rol oynayan mətbuatla yanaşı, siyasi elmi ədəbiyyatda da Ermənistanın işğalçılıq faktı davamlı olaraq “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında Dağlıq Qarabağ münaqişəsi” şəklində təqdim olunur. Münaqişənin xarakteri və hüquqi-siyasi identifikasiyası onu deməyə əsas verir ki, Qarabağ münaqişəsi heç bir halda və heç vaxt dini xarakter daşımayıb. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və “böyük Ermənistan” xülyasını həyata keçirməyə çalışan bəzi qüvvələrin həmin məqsədlə göstərdikləri qərəzli “səylər”in nəticəsində yaranıb. Bir milyondan çox azərbaycanlını doğma yurdundan didərgin salan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 30 il işğal altında saxlayıb, oradakı şəhərləri, kəndləri yerlə-yeksan edib, təbii sərvətləri talayıb. Belə olan halda, münaqişənin dini kontekstdə təqdim olunmasının hansı məqsədə xidmət etməsi ilə bağlı ciddi sual yaranır. Sualın cavabını tapmaq Almaniyadakı əhalinin mütləq əksəriyyətinin müsəlman olmadığını nəzərə aldıqda o qədər də çətin deyil. Beləliklə, əsl məqsədin nədən ibarət olduğu ortaya çıxır. Alman cəmiyyətində ictimai rəyə təsir edən həmin mənbələr informasiyaya çıxışı olmayan insanların münaqişə ilə bağlı mövqeyini mümkün olduğu qədər manipulyasiya etməyə çalışırlar. Yuxarıda qeyd edilənlərlə yanaşı, bu istiqamətdə aparılmış araşdırmaların, təqdim olunmuş hesabatların əlaqəli təhlili onu deməyə əsas verir ki, təkcə insanlara onların inanc və dünya görüşlərinə deyil, hətta dövlətlərarası münaqişələrə yanaşma da alman cəmiyyətində dini ayrı-seçkilik konteksti əsasında formalaşdırılır. Yuxarıda qeyd edilən faktlar özlüyündə Almaniyada dini diskriminasiyanın dövlət siyasəti olması iddiasının ortaya çıxmasına ciddi əsaslar yaradır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH