Almaniyada təqribən 10 nəfər “Qərbi Nil virusu”na yoluxub
Berlin, 18 sentyabr, AZƏRTAC
Almaniyada qan analizlərində “Qərbi Nil virusu” təsdiqlənmiş şəxslərin sayı 10 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu xəstəliyin yayılma sahəsi hələlik Berlin və Leypsiqlə məhdudlaşır. Lakin infeksionistlər artıq həyəcan təbili çalır və ölkənin başqa regionlarında yaşayan həmkarlarına xəbərdarlıq edirlər ki, onlar bu xəstəliyin ilk əlamətlərinin aşkarlandığı şəxsləri dərhal izolyasiya etsinlər və müayinəyə başlasınlar.
Bu xəstəlik törədicisinin kökləri Afrikaya gedib çıxır. Virus ağcaqanadlardan ötürülür. İnsanlardan başqa, quşlar və atlar da bu xəstəliyə tutula bilər. Almaniyada ilk pasiyent bu xəstəliyə ötən ilin sonunda tutulub. Ehtimal ki, virus Avropaya Afrikadan gələn köçəri quşlar vasitəsilə düşüb. İndi isə sübut olunub ki, xəstəlik törədicisi Almaniyada azı bir qış mövsümü keçirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]