Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş avtomobil yürüşü keçirilmişdir
Maqdeburq, 9 fevral (AZƏRTAC). Fevralın 8-də Almaniyanın Maqdeburq şəhərində Alman-Azərbaycan mədəniyyət cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümünə həsr olunmuş avtomobil yürüşü keçirilmişdir. Avtomobillər şəhərin mərkəzi küçələrində 2 saat müxtəlif şüarlarla hərəkət edərək şəhər sakinlərinin böyük marağına səbəb olmuşdur.
Sakinlərin yürüş haqqında verdikləri sualları cəmiyyətin üzvü Akif Məmmədov ətraflı cavablandırmışdır. Yürüşdən sonra toplantı keçirilmişdir. Cəmiyyətin sədri Yaşar Niftəliyev ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri haqsızlıq və vəhşiliklər haqqında iştirakçılara geniş məlumat vermiş və sualları cavablandırmışdır.
Sonda qonaqlar nahar yeməyinə dəvət edilmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin