Almaniyanın xarici işlər naziri Türkiyəyə səfər edib
Ankara, 18 yanvar, AZƏRTAC
Almaniyanın xarici işlər naziri Heiko Maas Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Almaniyanın xarici işlər naziri Heiko Maas Ankarada görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər.
Türkiyə-Almaniya münasibətlərinin inkişafını yüksək dəyərləndirən nazir Mövlud Çavuşoğlu bildirib ki, iki ölkə arasında ticarət əlaqələrinin genişliyi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Nazir qeyd edib ki, Türkiyə bütün problemlərin danışıqlar və dialoq yolu ilə həllində maraqlı olmaqla bərabər, haqlı mövqelərinin müdafiəsində də qərarlıdır.
Heiko Maas isə ölkəsinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin genişlənməsini arzu etdiyini vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]