Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri nüfuzlu universitetlərin məzunlarıdır
Bakı, 22 iyul, AZƏRTAC
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında ölkənin və dünyanın nüfuzlu ali təhsil müəssisələrinin məzunları yer alır.
Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, təhsil göstəricilərinə əsasən, bakalavriat səviyyəsində qaliblər əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunlarıdır.
Magistratura səviyyəsində uğur qazanan iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, “EU Business School Barcelona”, Massaçusets Texnologiya İnstitutu və Stokholm Universitetinin məzunları üstünlük təşkil edir.
Doktorantura və aspirantura səviyyəsində təhsil alan bir qalib isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]